XVI ƏSR AZƏRBAYCAN ŞAİRİ “RUHİ BAĞDADİ” HAQQINDA TƏDQİQAT ƏSƏRİ ÇAPDAN ÇIXIB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi portalı
AZ EN



XVI ƏSR AZƏRBAYCAN ŞAİRİ “RUHİ BAĞDADİ” HAQQINDA TƏDQİQAT ƏSƏRİ ÇAPDAN ÇIXIB

31.10.18. Oxunma sayı: 39 Nəşrlər
Bu günlərdə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı Şöhrət Səlimbəylinin “XVI əsr Azərbaycan ədəbiyyatının Bağdad ədəbi mühiti: Ruhi Bağdadi” kitabı “Avropa” nəşriyyatı tərədfindən çap edilib. Bağdadda yaşamış Azərbaycan şair və ədiblərindən bəhs edən kitab üç bölmədən ibarətdir. Nəşrin elmi redaktoru filologiya üzrə elmlər doktoru Paşa Kərimov, rəyçilər filologiya üzrə elmlər doktorları, professorlar Yaqub Babayev və Mahmud Allahmanlıdır.
Kitabda “Dıvan”ı bu günümüzə gəlib çatmış Ruhi Bağdadinin həyat və yaradıcılığı geniş şəkildə araşdırılıb. Qeyd olunur ki, Ruhi Bağdadi 1544-cü ildə Bağdadda hərbçi ailəsində doğulub. O, gənc yaşlarından atasını itirsə də, mükəmməl təhsil ala bilib, ərəb və fars dillərini dərindən öyrənib. Onun yaşadığı dövr çox gərgin və ağır müharibə illərinə düşüb. Ruhi ömrünün son illərini Şamda yaşayıb və 1606-cı ildə orada vəfat edib.
Ruhinin “Divan”ı 40 qəsidə, müxtəlif şəxslər üçün yazdığı 6 mərsiyə, 1 məşhur tərkibənd, 1 tərcibənd, 3 müəşşər, 2 müsəmmən, 7 müsəddəs, 1 müxəmməs, 94 tarix, 2 mürəbbe, 3 dəyişən beytli mənzumə, 1 müəmma, 1115 qəzəl, 8 təxmis, 28 rübai və 26 qitədən ibarətdir.скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

20.10.17 TAHİRƏ HƏSƏNZADƏ - 75
02.10.17 CAHANGİR QƏHRƏMANOV - 90
18.05.18 MAHMUD KAŞQARİ ADINA MÜKAFAT TƏQDİM OLUNDU
11.05.18 ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞININ YENİ MONOQRAFİYASI İŞIQ ÜZÜ GÖRÜB
04.04.18 FƏXRƏDDİN ƏLİ-80

© Copyright, 2018, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla