BEYNƏLXALQ FƏLSƏFƏ MƏKTƏBİNİN ŞAGİRDLƏRİ ƏLYAZMALAR İNSTİTUTUNDA » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi portalı
AZ EN



BEYNƏLXALQ FƏLSƏFƏ MƏKTƏBİNİN ŞAGİRDLƏRİ ƏLYAZMALAR İNSTİTUTUNDA

31.10.18. Oxunma sayı: 36 Beynəlxalq əlaqələr
30 oktyabr 2018-ci il tarixində Qazaxıstanın Çimkənd şəhərində yerləşən Avrasiya Texnologiya Universiteti nəzdində fəaliyyət göstərən Beynəlxalq Fəlsəfə Məktəbinin şagirdləri “Dünyanın dahi filosofları” layihəsi çərçivəsində AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olublar.
Onlar institutun elmi işlər üzrə direktor müavinləri, filologiya üzrə elmlər doktoru Aybəniz Əliyeva-Kəngərli və filologiya üzrə elmlər doktoru Paşa Kərimovla görüşblər. Paşa Kərimov şagirdlərə və onları müşayət edən müəllimlərə Əlyazmalar İnstitutunda qorunan yazılı abidələr, onların mühafizəsi, bərpası, tədqiqi və nəşrə hazırlanması işi barədə geniş məlumat verib.
Daha sonra şagirdlər Əlyazmalar İnstitutunun ekspozisiya zalında olublar. Burada “Beynəlxalq əlaqələr” şöbəsinin əməkdaşı Aysel Atakişiyeva onlara Əlyazmalar İnstitutun, institutun yerləşdiyi binanın tarixi haqqında geniş bilgi verib.
Şagirdlərlə görüşən İnstitutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadə qonaqlara Əlyazmalar İnstitutunda mühafizə olunan Şərq mütəfəkkirlərinin ən mühüm əsərlərinin əlyazmaları haqqında danışıb.
Sonda qrup rəhbərləri Aruna Koybakova və Qullazat Rustembekova ekspozisiya zalının xatirə kitabına ürək sözlərini yazıblar.


скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

12.10.18 TANINMIŞ MÜTƏXƏSSİS ƏLYAZMALAR İNSTİTUTUNDA OLUB
10.10.18 ƏLYAZMALAR İNSTİTUTUNDA BEYNƏLXALQ QIZLAR GÜNÜ QEYD OLUNUB
30.06.18 ƏLİŞİR NƏVAİ ADINA DAŞKƏND DÖVLƏT ÖZBƏK DİLİ VƏ ƏDƏBİYYATI UNİVERSİTETİNİN REKTORU ƏLYAZMALAR İNSTİTUTUNDA OLUB
13.06.18 ƏLYAZMALAR İNSTİTUTUNDA AXC-NİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLİB
07.05.18 HEYDƏR ƏLİYEV VƏ ƏLYAZMALAR İNSTİTUTU

© Copyright, 2018, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla