AZƏRBAYCAN ALİMLƏRİ TÜRKİYƏNİN SÜLEYMANİYYƏ YAZMA ƏSƏRLƏR KİTABXANASI İLƏ YENİ ƏMƏKDAŞLIĞA İMZA ATMIŞLAR » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi portalı
AZ EN



AZƏRBAYCAN ALİMLƏRİ TÜRKİYƏNİN SÜLEYMANİYYƏ YAZMA ƏSƏRLƏR KİTABXANASI İLƏ YENİ ƏMƏKDAŞLIĞA İMZA ATMIŞLAR

28.10.18. Oxunma sayı: 65 Beynəlxalq əlaqələr
Hal-hazırda AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli və Hüseyn Cavidin Ev Muzeyinin direktoru, f.ü.e.d. Gülbəniz Babaxanlı akademiyada həyata keçirilən “Azərbaycan və Türk xalqlarının ədəbiyyatı və incəsənətinin Tarixi inkişaf dinamikası və multikultural proseslərin perspektivləri” layihəsi çərçivəsində Türkiyənin bir çox zəngin xəzinəyə malik kitabxanalarında elmi ezamiyyətdədirlər.
Layihə rəhbəri, akademik Teymur Kərimli və layihə iştirakçıları Türkiyənin Yazma Əsərlər Təşkilatının Süleymaniyyə Kitabxanasında saxlanılan zəngin əlyazmalarla tanış olmuşlar. Kitabxananın müdiri Menderes Velioğlu qonaqlara kitabxana haqqında, burada görülən mühüm işlər barədə məlumat vermişdir. Süleymaniyyə kitabxanası ilə Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu arasında sıx əməkdaşlığın qurulması və türkdilli əlyazmaların digital versiyalarının mübadiləsinin aparılması məqsədi ilə ikitərəfli əməkdaşlıq müqaviləsi imzalanmışdır. Qeyd edək ki, Azərbaycan alimlərinə ezamiyyə müddətində Süleymaniyyə kitabxanasında təqdiqat aparmaq üçün tam şərait yaradılmışdır.

скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

12.10.18 TANINMIŞ MÜTƏXƏSSİS ƏLYAZMALAR İNSTİTUTUNDA OLUB
20.10.17 TAHİRƏ HƏSƏNZADƏ - 75
13.06.18 ƏLYAZMALAR İNSTİTUTUNDA AXC-NİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLİB
18.05.18 MAHMUD KAŞQARİ ADINA MÜKAFAT TƏQDİM OLUNDU
09.12.17 AMEA-NIN MƏHƏMMƏD FÜZULİ ADINA ƏLYAZMALAR İNSTİTUTU İLƏ DAŞKƏND DÖVLƏT ÖZBƏK DİLİ VƏ ƏDƏBİYYATI UNİVERSİTETİ ARASINDA ƏMƏKDAŞLIQ MEMORANDUMU İMZALANIB

© Copyright, 2018, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla