ŞAİR VAHİD ƏZİZ ÖZ ŞƏXSİ ARXİVİNİ ƏLYAZMALAR İNSTİTUTUNA HƏDİYYƏ EDİB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi portalı
AZ EN



ŞAİR VAHİD ƏZİZ ÖZ ŞƏXSİ ARXİVİNİ ƏLYAZMALAR İNSTİTUTUNA HƏDİYYƏ EDİB

24.10.18. Oxunma sayı: 69 Yeni daxilolmalar
Əlyazmalar İnstitutnda qədim və orta əsrlərə aid minlərlə nadir əlyazma nümunəsi ilə yanaşı, XIX-XX əsr Azərbaycanın otuz iki nəfər elm və mədəniyyət xadiminin şəxsi arxivi mühafizə olunur. Bu arxiv materialları tədqiq olunur, nəşrə hazırlanır, müxtəlif elm sahələrinin nümayəndələri elmi araşdırmalar zamanı onlardan istinad mənbəyi kimi faydalanırlar. Sevindirici haldır ki, son illərdə tanınmış yazıçı və şairlərimiz öz əsərlərinin avtoqraf nümunələrini, şəxsi arxiv materiallarını, hətta kitabxanalarına aid kitabları da Əlyazmalar İnstitutuna hədiyyə etmişlər.
Tanınmış şair, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Vahid Əziz (Cəfərov) də bu addımı atıb. Bu günlərdə o öz şəxsi arxiv materiallarından əl yazılarını, əsərlərinin bəzilərinin çap variantlarını Əlyazmalar İnstitutuna təqdim edib. Onu da bildirib ki, mətbuatda dərc olunan əsərlərinin qəzet və jurnal variantlarını, kitablarının siqnal nüsxələrini və bəzi nadir fotolarını instituta hədiyyə etməyi planlaşdırır.
Şairi qəbul edən institutun elmi işlər üzrə direktor müvini, fil.ü.e.d Paşa Kərimov və elmi katib, fil.ü.f.d. Əzizağa Nəcəfov onun əsərlərinin Əlyazmalar İnstitutunda saxlanmasının onların gələcək nəsillərə ötürülməsində və tədqiq edilməsində mühüm rol oynayacağını bildiriblər.




скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

12.10.18 TANINMIŞ MÜTƏXƏSSİS ƏLYAZMALAR İNSTİTUTUNDA OLUB
10.10.18 ƏLYAZMALAR İNSTİTUTUNDA BEYNƏLXALQ QIZLAR GÜNÜ QEYD OLUNUB
20.10.17 TAHİRƏ HƏSƏNZADƏ - 75
13.06.18 ƏLYAZMALAR İNSTİTUTUNDA AXC-NİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLİB
07.05.18 HEYDƏR ƏLİYEV VƏ ƏLYAZMALAR İNSTİTUTU

© Copyright, 2018, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla