ƏMƏKDAŞIMIZ TƏBRİZDƏ KEÇİRİLƏN KONFRANSDA İŞTİRAK EDİB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi portalı
AZ EN



ƏMƏKDAŞIMIZ TƏBRİZDƏ KEÇİRİLƏN KONFRANSDA İŞTİRAK EDİB

19.10.18. Oxunma sayı: 53 Tədbirlər
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun “Əlyazmaların və əski çap kitablarının tərcüməsi” şöbəsinin aparıcı elmi işçisi, fil.ü.f.d., dosent Əkrəm Bağırov 13-17 oktyabr 2018-ci il tarixlərindəTəbriz şəhərində yerləşən Azad İslam Universitetində keçirilən “Qarabağ islam torpağıdır”adlı beynəlxalq elmi konfransda iştirak edib. Ə.Bağırov “XIX əsr Qarabağ ədəbi mühiti” mövzusundakı çıxışında Qarabağda yaşayıb yaratmış Azərbaycan şairləri barədə məlumat vermişdir. Sonradan konfrans müzakirələri Zəncan və Ərdəbil Azad İslam Universitetlərində davam etdirmişdir.
Konfransda həmçinin Ə.Bağırovun fars dilinə tərcümə etdiyi və QHT layihəsi çərçivəsində Qarabağ Azadlıq Təşkilatı tərəfindən çap olunmuş “Qarabağ müharibəsi” adlı kitab İran ictimaiətinə təqdim olunub.
Qeyd edək ki, kitabın müəllifi fəlsəfə doktoru Akif Nağıdır.


скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

12.10.18 TANINMIŞ MÜTƏXƏSSİS ƏLYAZMALAR İNSTİTUTUNDA OLUB
20.10.17 TAHİRƏ HƏSƏNZADƏ - 75
02.10.17 CAHANGİR QƏHRƏMANOV - 90
13.06.18 ƏLYAZMALAR İNSTİTUTUNDA AXC-NİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLİB
07.05.18 HEYDƏR ƏLİYEV VƏ ƏLYAZMALAR İNSTİTUTU

© Copyright, 2018, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla