MƏŞHUR “MÜNTƏXƏBÜT-TORİYYƏ” ƏSƏRİ ÇAP EDİLMİŞDİR » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi portalı
AZ EN



MƏŞHUR “MÜNTƏXƏBÜT-TORİYYƏ” ƏSƏRİ ÇAP EDİLMİŞDİR

15.10.18. Oxunma sayı: 68 Nəşrlər
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı, fəlsəfə üzrə elmlər doktoru Əbilova Zəkiyyə Ağababa qızının “Müntəxəbut-toriyyə” Əbdülkərim ağa Badkubinin tərcüməsində” əsəri çapdan çıxmışdır.
Kitab Hz. Peyğəmbərin (s) göstərişi ilə Hz. Əlinin (ə) Tövratdan etdiyi 40 surənin tərcüməsindən bəhs edir. Kitaba “Müntəxəbut-toriyyə” əsərini Azərbaycan dilinə tərcümə etmiş Axund Hacı Ağamirzə Əbdülkərim ağa Badkubinin həyat və yaradıcılığından bəhs edən oçerklə yanaşı, tərcümə mətninin transfoneliterasiyası da daxil edilmişdir. Bundan əlavə, kitaba bu əsərin Əlyazmalar İnstitutunun xəzinəsində mühafizə olunan əlyazmalarından biri və Axund Hacı Ağamirzə Əbdülkərim ağa Badkubinin öz xətti ilə olan əlyazmasının faksimile surəti əlavə edilmişdir.
Kitabın redaktoru akademik Vasim Məmmədəliyevdir.скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

10.10.18 ƏLYAZMALAR İNSTİTUTUNDA BEYNƏLXALQ QIZLAR GÜNÜ QEYD OLUNUB
20.10.17 TAHİRƏ HƏSƏNZADƏ - 75
30.06.18 ƏLİŞİR NƏVAİ ADINA DAŞKƏND DÖVLƏT ÖZBƏK DİLİ VƏ ƏDƏBİYYATI UNİVERSİTETİNİN REKTORU ƏLYAZMALAR İNSTİTUTUNDA OLUB
13.06.18 ƏLYAZMALAR İNSTİTUTUNDA AXC-NİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLİB
04.04.18 FƏXRƏDDİN ƏLİ-80

© Copyright, 2018, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla