TANINMIŞ MÜTƏXƏSSİS ƏLYAZMALAR İNSTİTUTUNDA OLUB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi portalı
AZ EN



TANINMIŞ MÜTƏXƏSSİS ƏLYAZMALAR İNSTİTUTUNDA OLUB

12.10.18. Oxunma sayı: 71 Əməkdaşlıq
12 oktyabr 2018-ci il tarixində Əskişəhər Anadolu Universitetinin Ədəbiyyat fakültəsinin dekanı, Prof. Dr. Muhsin Macit və Yunis İmrə İnstitutunun Bakı şöbəsinin direktoru Doç.Dr. Cihan Özdəmir AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olublar. Qonaqları Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavinləri, fil.ü.e.d. Aybəniz Əliyeva-Kəngərli və fil.ü.e.d. Paşa Kərimov qarşılayıblar.
A. Əliyeva-Kəngərli qonaqlara Əlyazmalar İnstitutunun tarixi, fondlarda qorunan nadir əlyazmalar, institutda aparılan elmi-tədqiqat işləri və s. haqqındageniş məlumat verib. P. Kərimov çıxışında prof. Muhsin Macitin klassik Azərbaycan ədəbiyyatının bir çox tanınmış simalarının yaradıcılığını tədqiq etdiyini, Cahan şah Həqiqinin şeirlərini ilkin mənbələr əsasında nəşrə hazırladığını, Xətainin “Divan”ının Azərbaycan, Türkiyə, İran, Əfqanistan, Fransa, ABŞ və digər ölkələrin kitabxana fondlarında qorunan 22 əlyazma əsasında elmi-tənqidi mətnini tərtib etdiyini bildirmişdir. Bundan savayı, o, alimin bu ədiblərlə bağlı çoxsaylı elmi məqalələr, eyni zamanda XV-XVI əsrlər Türk və Azərbaycan ədəbi əlaqələrimövzusunda maraqlı tədqiqat əsəri yazdığını deyib.
P.Kərimov doç. Dr Cihan Özdəmirin Əlyazmalar İnstitutunda aparılan tədqiqat işlərini daim izlədiyini vurğulayıb. O, həmçinin Cihan bəyin Yunis İmrə İnstitutu ilə Əlyazmalar İnstitutu arasında əməkdaşlığın qurulması istiqmətində səmərəli fəaliyyət göstərdiyini nəzərə çatdırıb.
Prof. Muhsin Macit və doç.Dr Cihan Özdəmir gələcəkdə Əlyazmalar İnstitutu ilə birgə layihələr üzərində çalışmağın mümkünlüyünü müzakirə ediblər. Sonra qonaqlar İnstitutun Ekspozisiya zalında olmuş, institutun elmi katibi, fil.ü.f.d. Əzizağa Nəcəfov onları sərgi ilə tanış edib. Qonaqlar xatirə kitabına ürək sözlərini yazıblar.






скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

10.10.18 ƏLYAZMALAR İNSTİTUTUNDA BEYNƏLXALQ QIZLAR GÜNÜ QEYD OLUNUB
20.10.17 TAHİRƏ HƏSƏNZADƏ - 75
30.06.18 ƏLİŞİR NƏVAİ ADINA DAŞKƏND DÖVLƏT ÖZBƏK DİLİ VƏ ƏDƏBİYYATI UNİVERSİTETİNİN REKTORU ƏLYAZMALAR İNSTİTUTUNDA OLUB
13.06.18 ƏLYAZMALAR İNSTİTUTUNDA AXC-NİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLİB
07.05.18 HEYDƏR ƏLİYEV VƏ ƏLYAZMALAR İNSTİTUTU

© Copyright, 2018, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla