ƏLYAZMALAR İNSTİTUTUNDA BEYNƏLXALQ QIZLAR GÜNÜ QEYD OLUNUB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi portalı
AZ EN



ƏLYAZMALAR İNSTİTUTUNDA BEYNƏLXALQ QIZLAR GÜNÜ QEYD OLUNUB

10.10.18. Oxunma sayı: 106 Tədbirlər
10 oktyabr 2018-ci ildə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitunda 11 Oktyabr “Beynəlxalq Qızlar günü” münasibətilə Əlyazmalar İnstitutunun Qadınlar Şurasının növbəti iclası keçirilmişdir.
İclasda Əlyazmalar İnstitunun elmi işlər üzrə direktor müavini, Qadınlar Şurasının sədri fil.ü.e.d. Aybəniz Əliyeva-Kəngərli, elmi işlər üzrə direktor müavini, fil.ü.e.d. Paşa Kərimov, elmi katib, dosent Əzizağa Nəcəfov, institun qadın alimləri və mütəxəssisləri iştirak etmişlər.
İclası giriş sözü ilə açan Qadınlar Şurasının sədri Aybəniz Əliyeva-Kəngərli demişdir ki, Əlyazmalar İnstitutu tarixi bir binada, vaxtilə Qızlar Gimnaziyasının fəaliyyət göstərdiyi binada yerəşir. Hələ əsrin əvvəllərində böyük Azərbaycan mesenantı Hacı Zeynalabdin Tağıyev bu yolla gender bərabərliyinin aradan qaldırılmasına çalışmışdır. O, Amerikadan, Avropadan xeyli öncə Azərbaycanda qadınlara seçmək və seçilmək hüququ verilmişdir. A.Əliyeva-Kəngərli bu gün Azərbaycan qadınlarının dövlətin ən yüksək orqanlarında çalışdıqlarını qürur hissi ilə bəyan etmişdir.
Əlyazmalar İnstitutunun “Beynəlxalq əlaqələr” şöbəsinin aparıcı elmi işçisi fil.ü.f.d. Aynur Nəcəfova “Əlyazmalar İnstitutunun alim qadın və mütəxəssisləri” mövzusunda məruzə ilə çıxış etmişdir.
İnstitutn elmi işlər üzrə direktor müavini, fil.ü.e.d. Paşa Kərimov institutda qadınların fəaliyyəti ilə bağlı statistik məlumatları səsləndirmişdir. O, institutun 250 nəfər işçisindən 204 nəfərini qadınların təşkil etdiyini, bütün ictimai təşkilatlarda məsuliyyət yükünün onların üzərinə düşdüyüqnü bildirmişdir.
Daha sonra söz alan institutun elmi katibi, dosent Əzizağa Nəcəfov tarixdə qadınların rolu, dinimizdə və ədəbiyyatımızda onlara verilən dəyər, həyatımızda onları yeri haqqında öz fikirlərini bölüşmüşdür.
Tədbirin sonunda Əlyazmalar İnstitunin qadın əməkdaşlarının həyatından bəhs edən qısameterajlı “Qadınların iş saatı necə başlayır” filmi nümayiş etdirilmişdir.



скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

20.10.17 TAHİRƏ HƏSƏNZADƏ - 75
13.06.18 ƏLYAZMALAR İNSTİTUTUNDA AXC-NİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLİB
07.05.18 HEYDƏR ƏLİYEV VƏ ƏLYAZMALAR İNSTİTUTU
26.02.18 ƏLYAZMALAR İNSTİTUTUNDA XOCALI FACİƏSİNƏ HƏSR EDİLMİŞ ANIM MƏRASİMİ KEÇİRİLİB
09.12.17 AMEA-NIN MƏHƏMMƏD FÜZULİ ADINA ƏLYAZMALAR İNSTİTUTU İLƏ DAŞKƏND DÖVLƏT ÖZBƏK DİLİ VƏ ƏDƏBİYYATI UNİVERSİTETİ ARASINDA ƏMƏKDAŞLIQ MEMORANDUMU İMZALANIB

© Copyright, 2018, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla