İNSTİTUTUN JURNALLARININ YENİ SAYLARI ÇAPDAN ÇIXIB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi portalı
AZ EN



İNSTİTUTUN JURNALLARININ YENİ SAYLARI ÇAPDAN ÇIXIB

07.10.18. Oxunma sayı: 86 Nəşrlər
Manuscripts don't burnAMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının qərarı ilə “Əlyazmalar yanmır” (baş redaktor akademik T.Kərimli) və “Elmi əsərlər” (baş redaktor A.Əliyeva-Kəngərli) jurnallarının növbəti sayları işıq üzü görüb. Jurnalların yeni nömrəsində ədəbiyyatşünaslıq, dilçilik, mətnşünaslıq, mənbəşünaslıq, kitabxanaşünaslıq, kitabşünaslıq kimi sahələr üzrə bir sıra məqalələr, o cümlədən akademik Teymur Kərimlinin “Xətlərin izi ilə: Azərbaycanın görkəmli şəxslərinin avtoqraf və epistolyar irsinin axtarışında”, filol.ü.e.d. A.Əliyeva-Kəngərlinin ““Divani-lüğət-it-türk” Azərbaycan folklor kitabının qaynaqlarından biri kimi”, filol.ü.e.d. Paşa Kərimovun “Yusif haqqında ilk türk dastanı” adlı maraqlı yazıları dərc olunub.

Jurnalların tam elektron mətni ilə İnstitututun www.manuscript.az ünvanlı portalında tanış olmaq olar.
Xatırladaq ki, hər iki jurnal Ali Attestasiya Komissiyasının “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısı”na daxildir.скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

13.06.18 ƏLYAZMALAR İNSTİTUTUNDA AXC-NİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLİB
18.05.18 MAHMUD KAŞQARİ ADINA MÜKAFAT TƏQDİM OLUNDU
07.05.18 HEYDƏR ƏLİYEV VƏ ƏLYAZMALAR İNSTİTUTU
04.04.18 FƏXRƏDDİN ƏLİ-80
09.12.17 AMEA-NIN MƏHƏMMƏD FÜZULİ ADINA ƏLYAZMALAR İNSTİTUTU İLƏ DAŞKƏND DÖVLƏT ÖZBƏK DİLİ VƏ ƏDƏBİYYATI UNİVERSİTETİ ARASINDA ƏMƏKDAŞLIQ MEMORANDUMU İMZALANIB

© Copyright, 2018, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla