FATİMEYİ-ZƏHRAYA HƏSR OLUNMUŞ TƏDQİQAT İŞİ İŞIQ ÜZÜ GÖRÜB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi portalı
AZ EN



FATİMEYİ-ZƏHRAYA HƏSR OLUNMUŞ TƏDQİQAT İŞİ İŞIQ ÜZÜ GÖRÜB

04.10.18. Oxunma sayı: 64 Nəşrlər

Hacı Həsən, Ya Zəhra (s.ə.), nəzərin ayırma bizdən, Bakı-“Ekoprint”, 2018, 260 səh.
Bu günlərdə Hacı Həsən Hüseyninin “Ya Zəhra (s.ə.), nəzərin ayırma bizdən” adlı kitabı nəşr olunub. AMEA-nın Məhəmməd Füzuli adəna Əlyazmalar İnstitutunun elmi şurasının qərarı ilə çap olunan kitab Əhli-beyt aşiqi Şah İsmayıl Xətainin 530 illik yubileyinə həsr olunub. Kitab Əlyazmalar İnstitutunun böyük elmi işçisi, AYB üzvü Sona Xəyalın və fil.ü.f.d. Vərağa Almasovun geniş ön sözləri ilə açılır. Əsərin giriş hissəsində Qurani-Kərimin bəşəriyyəti düzgün yola hidayət etməsindən, insanlığı cəhalətdən xilas etməsindən danışılır. İki hissədən ibarət olan əsərin birinci hissəsi 5, ikinci hissəsi 6 bölümdən ibarətdir. Birinci hissədə müəllif Həzrəti Fatimeyi-Zəhranın (s.ə.) həyat və fəaliyyətindən, onun haqqında nazil olmuş Quran ayələrindən, onun paklıq mücəssəməsi kimi ülviliyindən və məsumluğundan konkret nümunələr əsasında söhbət açılır. Kitabın ikinci hissəsində Həzrəti Məhəmmədin (s.) dünyaya gəlişindən, peyğəmbərlik məqamına çatmasından, insanları haqq din olan İslama dəvət etməsindən, qızı həzrəti Fatiməyə nəsihətlər verməsindən danışılır. Daha sonra Fatimeyi-Zəhranın cənnət hurisi olması, onun Həzrət Əli ilə oxşar cəhətləri və bu xanımın söylədiyi hədislər oxuculara təqdim olunur. Kitabın sonunda, Məhəmməd Füzuli, Qumri Dərbəndi, Məhəmmədhüseyn Şəhriyar, Ənvər Nəzərli, Hacı Ələmdar Mahir, Şahin Fazil, Arif Buzovnalı və digər şairlərin Fatimeyi-Zəhraya həsr olunmuş şeirlərindən nümunələr verilir.
скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

16.07.18 XIX ƏSR QARABAĞ ƏDƏBİ MÜHİTİNİN AYNASI OLAN “TƏZKİREYI-NƏVVAB” YENİDƏN NƏŞR OLUNUB
13.06.18 ƏLYAZMALAR İNSTİTUTUNDA AXC-NİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLİB
15.05.18 TƏFSİRŞÜNASLIĞA DƏYƏRLİ TÖHFƏ
07.05.18 HEYDƏR ƏLİYEV VƏ ƏLYAZMALAR İNSTİTUTU
26.02.18 ƏLYAZMALAR İNSTİTUTUNDA XOCALI FACİƏSİNƏ HƏSR EDİLMİŞ ANIM MƏRASİMİ KEÇİRİLİB

© Copyright, 2018, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla