NİZAMİ GƏNCƏVİNİN “XOSROV VƏ ŞİRİN” POEMASI NƏFİS ŞƏKİLDƏ NƏŞR OLUNUB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi portalı
AZ EN



NİZAMİ GƏNCƏVİNİN “XOSROV VƏ ŞİRİN” POEMASI NƏFİS ŞƏKİLDƏ NƏŞR OLUNUB

01.10.18. Oxunma sayı: 68 Nəşrlər
“Şərq-Qərb” nəşriyyatı dahi Azərbaycan şairi Nizami Gəncəvinin ikinci böyük poeması olan “Xosrov və Şirin”i nəfis şəkildə çap etmişdir. Kitab AMEA-nın gerçəkləşdirdiyi xüsusi layihəyə uyğun olaraq çapa tövsiyyə edilmişdir. Azərbaycan Respublikasının Əməkdar rəssamı Fəxrəddin Əlinin poemadakı müxtəlif əhvalatlarla və obrazların düşdüyü situasiyalarıla bağlı çəkdiyi rəsmlər əsərin süjet xəttini tamamlamaqla bərabər, oxucunun hadisələrin cərəyan etdiyi tarixi dövrlə daha yaxından tanış omasına, bir növ hadisələrin iştirakçısına çevrilməsinə şərait yaradır.
Əsərin layihə rəhbəri AMEA-nın Prezidenti, akademik Akif Əlizadədir. Nizami irsinin xalqımıza çatdırılması istiqamətində mühüm addım sayıla biləcək bu kitaba AMEA-nın vitse-prezidenti akademik İsa Həbbibəyli redaktorluq etmişdir.
AMEA-nın Humanitar bölməsinin rəhbəri, akademik Teymur Kərimli kitaba yazdığı geniş ön sözdə Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasının dünya ədəbiyyatındakı yerindən danışmışdır. Nizami yaradıcılığına yeni rakursdan baxmağın vacibliyini vurğulayan alim əsərdə türklüyü və türk ruhunu göstərən beyt və hissələr üzərində xüsusi dayanmışdır. O, sovet ideologiyasına əsaslanan ədəbiyyatşünaslığın Nizami əsərlərinin məzmun və mahiyyətini uzun illər təhrif etdiyini vurğulayır və Azərbaycanın müstəqil olduğuhazırki dövrdə həmin səhvlərin düzəldilməsi istiqamətində görülən və görüləcək işlərə toxunmuşdur.



скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

13.06.18 ƏLYAZMALAR İNSTİTUTUNDA AXC-NİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLİB
31.05.18 MƏHƏMMƏD FÜZULİ “DİVAN”ININ “DÜNYA YADDAŞI” BEYNƏLXALQ REYESTRINƏ DAXİL EDİLMƏSİNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLİB
24.04.18 “AZƏRBAYCAN MƏDƏNİYYƏT TARİXİNİN PROBLEMLƏRİ ƏLYAZMALARDA” MÖVZUSUNDA XVI ƏNƏNƏVİ RESPUBLİKA ELMİ-NƏZƏRİ KONFRANS
04.04.18 FƏXRƏDDİN ƏLİ-80
30.11.17 AZƏRBAYCAN ƏLYAZMALARI DÜNYA KİTABXANALARINDA

© Copyright, 2018, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla