MİLLİ MUSİQİ GÜNÜNƏ DƏYƏRLİ TÖHFƏ » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



MİLLİ MUSİQİ GÜNÜNƏ DƏYƏRLİ TÖHFƏ

19.09.18. Oxunma sayı: 215 TƏDBİRLƏR
19 sentyabr 2018-ci il tarixdə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnsitutunda “Milli musiqi günü” və Üzeyir Hacıbəylinin anadan olmasının 133-cü ildönümü ilə əlaqədar olaraq “Şəxsi arxivlərin tədqiqi” və “Kitabşünaslıq və biblioqrafiya” şöbələrinin birgə iclası keçirilib. İclasda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı yeni nəşr olunan “Üzeyir Hacıbəylinin arxivinin təsviri” adlı kitab müzakirə olunub. Yığıncaqda filologiya üzrə elmlər doktorları Aybəniz Əliyeva-Kəngərli, Paşa Kərimov, Nailə Səmədova, kitabı nəşrə hazırlayan və tərtibçilərdən biri olan elmi işçi Aytən İmanova çıxış edərək kitabın məziyyətlərindən danışıblar. Natiqlər bildiriblər ki, kitaba Üzeyir Hacıbəylinin AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnsitutunda qorunan arxiv materiallarının – sənədlərin, məktubların, afişaların, fotoların, əlyazmaların və makina çaplarının təsviri daxil edilib. Sənədlərin bəziləri və əlyazmaların əksəriyyəti Üzeyir Hacıbəylinin avtoqraflarıdır.
Qeyd edək ki, 439 səhifəlik kitabda 936 saxlama vahidialtında qorunan materialın təsviri verilib. Fil.ü.e.d. Aybəniz Əliyeva-Kəngərli kitabın gələcək tədqiqatçılar üçün gərəkli mənbə olacağını nəzərə alaraq onun respublikanın elm və təhsil müəssisələrində yayılmasının vacibliyini qeyd edib.
İclasda həmçinin yaxın günlərdə “Üzeyir Hacıbəyli arxivinin təsviri” kitabının geniş təqdimatının və Üzeyir Hacıbəylinin Əlyazmalar İnstitutunda qorunan arxiv materiallarının sərgisinin təşkil edilməsi məsələləri də müzakirə edilib.

скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

13.06.18 ƏLYAZMALAR İNSTİTUTUNDA AXC-NİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLİB
18.05.18 MAHMUD KAŞQARİ ADINA MÜKAFAT TƏQDİM OLUNDU
07.05.18 HEYDƏR ƏLİYEV VƏ ƏLYAZMALAR İNSTİTUTU
09.12.17 AMEA-NIN MƏHƏMMƏD FÜZULİ ADINA ƏLYAZMALAR İNSTİTUTU İLƏ DAŞKƏND DÖVLƏT ÖZBƏK DİLİ VƏ ƏDƏBİYYATI UNİVERSİTETİ ARASINDA ƏMƏKDAŞLIQ MEMORANDUMU İMZALANIB

© Copyright 2008-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla