NƏŞƏ TƏBRİZİNİN DİVANI ƏLDƏ EDİLMİŞDİR » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



NƏŞƏ TƏBRİZİNİN DİVANI ƏLDƏ EDİLMİŞDİR

05.09.18. Oxunma sayı: 180 YENİ DAXİLOLMALAR
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov İstanbulun Topqapı Sarayı Muzeyindən XVII-XVIII əsrlərdə yaşamış Nəşə Təbrizinin divanının surətini əldə etmişdir. Əsasən farsca yazılmış bu divanının sonunda şairin Azərbaycan türkcəsində yazdığı şeirlər toplanmışdır. Qaraqoyunlu hökmdarı Cahanşah Həqiqinin nəslindən olan Əbdürrəzzaq Nəşə Təbrizi dövrünün tanınmış alimi, riyaziyyatçısı olmuş, Nadir şahın yürüşlərində iştirak etmişdir. Divandakı Azərbaycan türkcəsində olan qəsidələr Nadir şahla bağlıdır. Bu qəsidələrdən biri Nadir şahın göstərişi ilə 1743-cü ildə Nəcəf şəhərində Həzrət Əlinin türbəsinin qızıla tutulması münasibəti ilə yazılıb. Divanda şairin anadilli lirik şeirləri də vardır.


скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

12.07.18 DAĞISTAN VƏ ŞİRVAN TARİXİNƏ DAİR AZƏRBAYCAN DİLİNDƏ ƏLYAZMA
13.06.18 ƏLYAZMALAR İNSTİTUTUNDA AXC-NİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLİB
11.06.18 ƏFŞARLAR TARİXİNİN AZ TƏDQİQ OLUNMUŞ DÖVRÜ HAQQINDA KİTAB ÇIXDI
24.04.18 “AZƏRBAYCAN MƏDƏNİYYƏT TARİXİNİN PROBLEMLƏRİ ƏLYAZMALARDA” MÖVZUSUNDA XVI ƏNƏNƏVİ RESPUBLİKA ELMİ-NƏZƏRİ KONFRANS

© Copyright 2008-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla