ELMİ KATİBLƏRİN I İŞGÜZAR TOPLANTISI KEÇİRİLİB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



ELMİ KATİBLƏRİN I İŞGÜZAR TOPLANTISI KEÇİRİLİB

13.07.18. Oxunma sayı: 210 TƏDBİRLƏR
13 iyul 2018-ci il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin təşkilatçılığı ilə “Winter Park Hotel Baku” mehmanxanasının Almaz zalında Elmi katiblərin I məsləhətləşmə xarakterli görüşü keçirilmişdir. Ümumilikdə 22 elmi tədqiqat institutu, ali məktəb müəssisəsi və muzeyin qatıldığı bu toplantıda AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunu elmi katib, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfov təmsil etmişdir. 
Elmi ekspertizaların keçirilməsi, mədəniyyət tariximizin öyrənilməsi baxımından əhəmiyyətli olan tədqiqatların maliyyələşdirilməsi kimi məsələlərin müzakirə olunduğu iclasda dosent Əzizağa Nəcəfov xarici ölkələrin kitabxana, arxiv, muzey və kolleksiyalarında qorunan Azərbaycan əlyazmalarının aşkarlanması, ilkin tədqiqi, surətlərinin ölkəyə gətirilməsi və nəşri məsələlərinin vacibliyindən danışıb, bəzi əlyazma abidələrinin multidissiplinar tədqiqi məsələsini gündəmə gətirib. Alimin çıxışı həmkarlarının marağına səbəb olub.    


скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

13.06.18 ƏLYAZMALAR İNSTİTUTUNDA AXC-NİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLİB
07.05.18 HEYDƏR ƏLİYEV VƏ ƏLYAZMALAR İNSTİTUTU
14.03.18 KİTABXANA ETİKASI HAQQINDA KİTAB
26.02.18 ƏLYAZMALAR İNSTİTUTUNDA XOCALI FACİƏSİNƏ HƏSR EDİLMİŞ ANIM MƏRASİMİ KEÇİRİLİB
09.12.17 AMEA-NIN MƏHƏMMƏD FÜZULİ ADINA ƏLYAZMALAR İNSTİTUTU İLƏ DAŞKƏND DÖVLƏT ÖZBƏK DİLİ VƏ ƏDƏBİYYATI UNİVERSİTETİ ARASINDA ƏMƏKDAŞLIQ MEMORANDUMU İMZALANIB

© Copyright 2008-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla