ƏLYAZMALAR İNSTİTUTUNUN DOKTORANTININ YENİ KİTABI İŞIQ ÜZÜ GÖRÜB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



ƏLYAZMALAR İNSTİTUTUNUN DOKTORANTININ YENİ KİTABI İŞIQ ÜZÜ GÖRÜB

13.07.18. Oxunma sayı: 165 NƏŞRLƏR
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmlər doktoru hazırlığı üzrə doktorantı, fəlsəfə üzrə fəlsəfə doktoru İbrahim Quliyevin "Əllamə Məclisi və onun Biharül-ənvar əsərinin hədis tarixində yeri" adlı kitabı İnstitutun Elmi şurasının müvafiq qərarı ilə nəşr edilib. Monoqrafiya Azərbaycan Səfəvilər dövlətinin şeyxülislamı, XVII əsr Azərbaycan ilahiyyatşünaslığının inkişafında müstəsna rol oynamış Əllamə Məhəmməd Bağır əl-Məclisinin (1687-1700) həyat və yaradıcılığına həsr edilmişdir. Kitabın elmi redaktoru və ön sözünün müəllifi akademik Möhsün Nağısoylu, elmi məsləhətçi isə fəlsəfə üzrə elmlər doktoru, professor Sakit Hüseynovdur. 
Səfəvişünaslığa bir töhfə olan bu kitab giriş, altı fəsil, nəticə, istifadə olunmuş mənbə və ədəbiyyat siyahısından ibarətdir.
Qeyd edək ki, bu monoqrafik tədqiqat işində aşağıdakı mövzular öz əksini tapmışdır:
- Səfəvi şeyxülislamı Əllamə Məclisinin (1628-1700) yetişdiyi dövrün nəzərdən keçirilməsi, onun həyat və fəaliyyətinin elmi şəkildə araşdırılması;
- “Biharül-ənvar” əsərinin İslam ilahiyyatşünaslığında, xüsusilə də hədis tarixində yerinin müəyyənləşdirilməsi;
- “Biharül-ənvar” əsərinin Azərbaycan ilahiyyatşünaslığının inkişafındakı rolunun müəyyənləşdirilməsi;
- “Biharül-ənvar” əsərinin mənbələrinin quruluşunun və məzmununun təsviri və təhlili, mənbələrlə “Biharül-ənvar” əsəri arasında paralellər aparılması;
- “Biharül-ənvar” əsərinin mənbələrinin müəllifləri haqqında məlumatların sistemləşdirilməsi;
- Əllamə Məclisinin mövcud mənbələrdən istifadə metodunun müəyyənləşdirilməsi və bu yolla “Biharül-ənvar” əsərinin elmi-tədqiqat əsəri olmasının sübuta yetirilməsi;
- Kainatın yaradılması haqqındakı elmi-dini nəzəriyyələr və Əllamə Məclisinin bu problemlərlə bağlı nəql etdiyi hədislərin tədqiq-təhlili;
- İnsanın yaranması və çoxalması, insandan əvvəl yer üzündə şüurlu varlıqların olub-olmaması məsələsinə elmi-dini baxış və mövzu ilə əlaqəli "Biharül-ənvar"dakı hədislərin tədqiq-təhlili;
- İnsandan başqa digər şüurlu varlıqların (cin və mələklərin) yaradılışı və "Biharül-ənvar" baxımından mövzunun təhlil-tədqiqi;
- Əllamə Məclisiyə görə vəhy, onun mahiyyəti, keyfiyyəti və növləri.


скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

13.06.18 ƏLYAZMALAR İNSTİTUTUNDA AXC-NİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLİB
11.05.18 ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞININ YENİ MONOQRAFİYASI İŞIQ ÜZÜ GÖRÜB
07.05.18 HEYDƏR ƏLİYEV VƏ ƏLYAZMALAR İNSTİTUTU
04.04.18 XIV ƏSR TARİXİNƏ AİD DƏYƏRLİ MƏNBƏ
14.03.18 KİTABXANA ETİKASI HAQQINDA KİTAB

© Copyright 2008-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla