ƏLYAZMALAR İNSTİTUTUNUN ALİMLƏRİ NİZAMİ GƏNCƏVİNİN 880 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ XATİRƏ NİŞANI İLƏ TƏLTİF EDİLİB » Əlyazmalar İnstitutu



ƏLYAZMALAR İNSTİTUTUNUN ALİMLƏRİ NİZAMİ GƏNCƏVİNİN 880 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ XATİRƏ NİŞANI İLƏ TƏLTİF EDİLİB

25.11.21. Oxunma sayı: 107 TƏDBİRLƏR / NİZAMİ-880
25 noyabr 2021-ci il tarixində “Nizami Gəncəvi Beynəlxalq Forumu” çərçivəsində Fairmont otelində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə, “Nizami Gəncəvi ili” çərçivəsində çap edilən Nizami Gəncəvi “Xəmsə”sinin özbək dilinə tərcüməsinin təqdimat mərasimi keçirilib.
Azərbaycan və Özbəkistanın tanınmış alimləri, dövlət rəsmiləri, nizamişünaslar, elm və ictimaiyyət xadimləri, media nümayəndələrinin də iştirak etdilyi bu mötəbər tədbirdə təqdim olunan nəşrin ön söz müəlliflərindən biri AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli də çıxış edib. Alim altı il ərzində Özbəkistanın Xalq şairi Camal Kamal tərəfindən orijinaldan özbək dilinə çevirilmiş “Xəmsə”nin bu nəşrinin əhəmiyyətindən söz açıb, onun Nizami irsininin öyrənilməsi və tədqiqi baxımından çox əhəmiyyətli mənbə olacağını bildirib. T.Kərimli qeyd edib ki, Nizami Gəncəvi ili çərçivəsində həyata keçirilmiş bu layihə təkçə Özbəkistan və Azərbaycan üçün deyil, bütün türk dünyası üçün böyük mədəni hadisədir.
Tədbirin sonunda Azərbaycan Respublikasının Mədəniyyət Nazirinin birinci müavini Elnur Əliyev mərasimdə iştirak edən Nizamişünas alimləri, o cümlədən AMEA Məhəmmdə Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimlini və həmin institutun “Nizami Gəncəvi əlyazmalarının tədqiqi şöbəsi”nin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadəni Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təsis etdiyi “Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş xatirə nişanı” ilə təltif edib.



OXŞAR XƏBƏRLƏR:

23.11.21 “NİZAMİ GƏNCƏVİ İRSİ ƏLYAZMALARDA, MİNİATÜRLƏRDƏ VƏ MUSİQİDƏ”MÖVZUSUNDA ELMİ KONFRANS KEÇİRİLİB
06.04.21 AKADEMİK TEYMUR KƏRİMLİ “NİZAMİ YARADICILIĞI QLOBAL MƏNƏVİ DƏYƏR KİMİ” MÖVZUSUNDA MƏRUZƏ EDİB
02.12.20 AMEA MƏHƏMMƏD FÜZULİ ADINA ƏLYAZMALAR İNSTİTUTUNUN 70 İLLİK YUBİLEYİ MÜNASİBƏTİLƏ ELMİ-NƏZƏRİ KONFRANS KEÇİRİLİB
13.06.18 ƏLYAZMALAR İNSTİTUTUNDA AXC-NİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLİB
18.05.18 MAHMUD KAŞQARİ ADINA MÜKAFAT TƏQDİM OLUNDU

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla