ÖZBƏKİSTANDA "NİZAMİNİN TÜRKLÜYÜ VƏ TÜRKLÜYƏ MÜNASİBƏTİ AZƏRBAYCAN NİZAMİŞÜNASLIĞINDA" MONOQRAFİYASININ TƏQDİMAT MƏRASİMİ KEÇİRİLİB » Əlyazmalar İnstitutu



ÖZBƏKİSTANDA "NİZAMİNİN TÜRKLÜYÜ VƏ TÜRKLÜYƏ MÜNASİBƏTİ AZƏRBAYCAN NİZAMİŞÜNASLIĞINDA" MONOQRAFİYASININ TƏQDİMAT MƏRASİMİ KEÇİRİLİB

20.11.21. Oxunma sayı: 66 TƏDBİRLƏR / NİZAMİ-880
19 noyabr 2021-ci il tarixində Özbəkistanın Daşkənd şəhərində Əlişir Nəvai adına Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetində fəaliyyət göstərən Məhəmməd Füzuli adına Azərbaycan Mədəniyyət, Təhsil və Tədqiqatlar Mərkəzində Nizami Gəncəvinin 880 illik yubileyi və Nizami ili münasibətilə tədbir keçirilib. Tədbir çərçivəsində AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadənin müəllifi olduğu "Nizaminin türklüyü və türklüyə münasibəti Azərbaycan nizamişünaslığında" monoqrafiyasının təqdimatı olub. Azərbaycanın görkəmli ədəbiyyatşünası, filologiya elmləri doktoru Lalə Əlizadə kitab haqqında məruzə edib. Sonra universitetin professor-müəllim heyətindən bir neçə alim Nizami sənəti, onun milli-etnik mənsubiyyəti haqqında danışaraq, bu cür kitabların nəşrinin dahi şairin türklüyünü bir daha təsdiqləmək və yersiz mübahisələrə son qoymaq baxımından əhəmiyyətli olduğunu vurğulayıblar. Tədbirdə həmçinin monoqrafiyanın özbək dilinə tərcümə edilməsi məsələləri də müzakirə olunub.
Qeyd edək ki, təqdimat mərasimi Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə baş tutub.


OXŞAR XƏBƏRLƏR:

27.12.20 AMEA HUMANİTAR ELMLƏR BÖLMƏSİNİN ONLAYN HESABAT İCLASI KEÇİRİLİB
02.12.20 AMEA MƏHƏMMƏD FÜZULİ ADINA ƏLYAZMALAR İNSTİTUTUNUN 70 İLLİK YUBİLEYİ MÜNASİBƏTİLƏ ELMİ-NƏZƏRİ KONFRANS KEÇİRİLİB
14.10.19 MİLLİ KİTABXANADA DOSENT ƏZİZAĞA NƏCƏFZADƏNİN “NİZAMİNİN TÜRKLÜYÜ VƏ TÜRKLÜYƏ MÜNASİBƏTİ AZƏRBAYCAN NİZAMİŞÜNASLIĞINDA” KİTABININ TƏQDİMAT MƏRASİMİ KEÇİRİLİB
24.06.19 ƏLYAZMALAR İNSTİTUTUNDA “İMADƏDDİN NƏSİMİ: SƏLƏFLƏR VƏ XƏLƏFLƏR – ORTA ƏSRLƏR ƏLYAZMALARI VƏ AZƏRBAYCAN MƏDƏNİYYƏTİNİN TARİXİ PROBLEMLƏRİ” MÖVZUSUNDA XVII RESPUBLİKA ELMİ KONFRANSI KEÇİRİLİB
13.06.18 ƏLYAZMALAR İNSTİTUTUNDA AXC-NİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLİB

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla