AKADEMİK TEYMUR KƏRİMLİ “SABAHIN XEYİR, AZƏRBAYCAN!” VERİLİŞİNİN QONAĞI OLUB » Əlyazmalar İnstitutu



AKADEMİK TEYMUR KƏRİMLİ “SABAHIN XEYİR, AZƏRBAYCAN!” VERİLİŞİNİN QONAĞI OLUB

19.11.21. Oxunma sayı: 60 MEDİA / PUBLİSİSTİKA / NİZAMİ-880
“Nizami elə bir şəxsiyyətdir ki, onun yaradıcılığı hər zaman diqqət çəkərək öyrənilir, tədqiq olunur. Bu baxımdan cari ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilməsi ilə bağlı dövlət başçısının müvafiq sərəncamı dahi şairin ədəbi irsinin dərindən öyrənilməsinə və dünya səviyyəsində geniş təbliğinə daha böyük imkanlar yaratdı”.
Bu fikirləri AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli İctimai Televiziyanın “Sabahın xeyir, Azərbaycan!” verilişində səsləndirib.
Bu yaxınlarda Moskva, Daşkənd, Almatı şəhərlərində şairin 880 illik yubileyinə həsr olunmuş konfranslarda iştirakı ilə bağlı təəssüratlarını bölüşən alim qeyd edib ki, artıq Bakıda və Gəncədə keçiriləcək Nizami festivalı ilə bağlı hazırlıq işləri də başa çatıb. Həmin tədbirlərdə AMEA-nın institut və təşkilatlarının alimlərinin də iştirak edəcəyini vurğulayan akademik Teymur Kərimli akademiyada Nizami yaradıcılığı ilə bağlı 35-dək kitabın ərsəyə gəldiyini nəzərə çatdırıb.
Söhbət zamanı bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış dahi şairin dühası ilə nurlanan qadın obrazlarından söz açılıb. Qeyd olunub ki, qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran, yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığında ağıllı, ismətli və cəsur qadın obrazları üstünlük təşkil edir. Verilişdə, həmçinin Nizami yaradıcılığının gənclər və yeniyetmələr tərəfindən dərindən mənimsənilməsi üçün informasiya texnologiyalarının imkanlarından istifadə olunaraq müxtəlif elektron resursların yaradılmasının vacibliyi vurğulanıb.
Akademik Teymur Kərimlinin maraqlı söhbətləri ilə yadda qalan həmin verilişi buradan izləmək mümkündür.
OXŞAR XƏBƏRLƏR:

06.04.21 AKADEMİK TEYMUR KƏRİMLİ “NİZAMİ YARADICILIĞI QLOBAL MƏNƏVİ DƏYƏR KİMİ” MÖVZUSUNDA MƏRUZƏ EDİB
24.09.20 ƏLYAZMALAR İNSTİTUTUN YUBİLEYİNƏ HƏSR OLUNMUŞ MƏQALƏ İŞIQ ÜZÜ GÖRÜB
24.07.20 KLASSİK ƏDƏBİYYATŞÜNASLIĞIMIZIN KORİFEYİ - TEYMUR KƏRİMLİNİN YAZISI
22.11.19 AKADEMİK TEYMUR KƏRİMLİ LENT.AZ SAYTINA MÜSAHİBƏ VERİB
06.03.19 AKADEMİK T.KƏRİMLİ NƏSİMİ HUMANİZMİ HAQQINDA

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla