ƏLYAZMALAR İNSTİTUTUNUN ALİMİ İSTANBULDA ƏLYAZMALARIN MÜASİR EKSPOZİSİYA ÜSULLARI İLƏ TANIŞ OLUB » Əlyazmalar İnstitutu



ƏLYAZMALAR İNSTİTUTUNUN ALİMİ İSTANBULDA ƏLYAZMALARIN MÜASİR EKSPOZİSİYA ÜSULLARI İLƏ TANIŞ OLUB

18.11.21. Oxunma sayı: 82 EZAMİYYƏLƏR
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Nigar Babaxanova Türkiyənin İstanbul şəhərində yerləşən Türk və İslam əsərləri Mərkəzində qədim əlyazmaların ekspozisiyasının müasir quruluş üsulları ilə yaxından tanış olub. N.Babaxanovaya Mərkəzdə mühafizə olunan, XIV əsrə aid 250 min vərəqdən ibarət qədim əlyazma kolleksiyasının təşkilinin elmi prinsipləri, o cümlədən materialların seçilməsi, qruplaşdırılması, yerləşdirilməsi, daşınması, daimi və səyyar təqdimatının müasir və təhlükəsiz üsulları barədə məlumat verilib. Eyni zamanda, Mərkəzin əməkdaşları ilə qədim əlyazmaların sistematik və tematik ekspozisiyası sahəsində fikir və təcrübə mübadiləsi aparılıb.






OXŞAR XƏBƏRLƏR:

06.11.21 ƏLYAZMALAR İNSTİTUTUNUN BAŞ DİREKTORU DAŞKƏNDDƏKİ HEYDƏR ƏLİYEV ADINA MƏDƏNİYYƏT MƏRKƏZİNDƏ OLUB
28.07.21 ƏLYAZMALAR İNSTİTUTUNUN ALİMLƏRİ ATATÜRK KİTABXANASINDA OLUBLAR
20.06.19 ƏLYAZMALAR İNSTİTUTUNUN ALİMİ BOSNİYA VƏ HERSEQOVİNADA ELMİ EZAMİYYƏTDƏ OLUB
06.12.18 İNSTİTUTUN ALİMİ AVROPADA TƏCRÜBƏ MÜBADİLƏSİNDƏ
10.01.18 ƏLYAZMALAR İNSTİTUTUNUN ALİMLƏRİ İSTANBUL ŞƏHƏRİNDƏ ELMİ EZAMİYYƏTDƏ OLMUŞLAR

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla