AKADEMİK TEYMUR KƏRİMLİNİN “ONUN ÜMUMBƏŞƏRİ İDEYALARI BU GÜN DƏ ÖZ AKTUALLIĞINI QORUYUR” BAŞLIQLI MÜSAHİBƏSİ DƏRC OLUNUB » Əlyazmalar İnstitutu



AKADEMİK TEYMUR KƏRİMLİNİN “ONUN ÜMUMBƏŞƏRİ İDEYALARI BU GÜN DƏ ÖZ AKTUALLIĞINI QORUYUR” BAŞLIQLI MÜSAHİBƏSİ DƏRC OLUNUB

16.10.21. Oxunma sayı: 92 MEDİA / PUBLİSİSTİKA
Bu günlərdə “İrfan” jurnalında AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimlinin dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi haqqında “Onun ümumbəşəri ideyaları bu gün də öz aktuallığını qoruyur” başlıqlı müsahibəsi dərc olunub. Nizami yaradıcılığını, bənzərsiz sənətini tədqiq edən alim ona ünvanlanan sualları cavablandıraraq müsahibəsində dahi şairin əsərlərini dəyərli edən amillərdən, onun irsinin əhatə etdiyi problemlərdən danışıb. O, böyük mütəfəkkirin ideyalarının təkcə Azərbaycan, Türk dünyası və Şərq aləmi üçün deyil, həm də bütün dünya üçün aktual olmasını, cəmiyyətin tərəqqisinin məhz Nizamilərin arzu etdiyi “kamil insan” yetişdirməklə mümkün ola biləcəyini qeyd edib. Akademik həmçinin rəhbərlik etdiyi Əlyazmalar İnstitutunda qorunub saxlanan Nizami əsərlərinin əlyazmalarından danışıb. Alim bildirib ki, müəssisənin xəzinəsinin inciləri sayılan otuza yaxın qədim, xüsusi tərtibatlı yazılı abidə ilə yanaşı, Türkiyənin Süleymaniyyə kitabxanasından, Özbəkistandan, Avropanın bir sıra ölkələrindən institutun əldə etdiyi əlyazma surətləri üzərində də araşdırmalar aparılır.
Müsahibənin sonunda Teymur Kərimli “İrfan” jurnalı və onun kollektivinə institutun nizamişünaslıq sahəsindəki xidmətlərinin təbliğində göstərdikləri dəstəyə görə öz təşəkkürünü bildirib.

OXŞAR XƏBƏRLƏR:

14.04.21 “NİZAMİ GƏNCƏVİ VƏ AZƏRBAYCAN XALQ YARADICILIĞI” KİTABI İŞIQ ÜZÜ GÖRÜB
27.12.19 NƏSİMİSEVƏRLƏRLƏ İLK GÖRÜŞ
11.03.19 ZEYNƏDDİN CÜRCANİNİN KİTABI RUS DİLİNƏ TƏRCÜMƏ OLUNUB
21.12.18 FUNDAMENTAL ELMİ BİBLİOQRAFİYA İŞIQ ÜZÜ GÖRÜB
11.05.18 ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞININ YENİ MONOQRAFİYASI İŞIQ ÜZÜ GÖRÜB

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla