AKADEMİK TEYMUR KƏRİMLİNİN “NİZAMİ VƏ TARİX” KİTABININ İMZA GÜNÜ KEÇİRİLİB » Əlyazmalar İnstitutu



AKADEMİK TEYMUR KƏRİMLİNİN “NİZAMİ VƏ TARİX” KİTABININ İMZA GÜNÜ KEÇİRİLİB

08.10.21. Oxunma sayı: 58 GÖRÜŞLƏR
Bu gün Bakı Ekspo Mərkəzində VII Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimlinin “Nizami və tarix” kitabının təqdimatı və imza günü keçirilib. Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə yenidən işlənərək nəşr olunmuş kitabın təqdimat mərasimində ədəbiyyatşünaslar, media nümayəndələri, ali məktəb tələbələri, müxtəlif kitabxana və nəşriyyatların əməkdaşları iştirak edib, kitab haqqında fikirlərini bildiriblər.
Akademik Teymur Kərimli tədbirdə ilk öncə müəllifi olduğu kitab haqqında məlumat verərək monoqrafiyada Nizami Gəncəvi yaradıcılığında tarixi şəxsiyyət və tarixi hadisə probleminin müxtəlif rakursdan nəzərdən keçirildiyini, “Xəmsə”də tarixi şəxsiyyət və mühit, eləcə də hökmdar surətlərinin tarixi təkamülü, həmçinin “Xəmsə”nin tarixi poetikası məsələlərinə aydınlıq gətirildiyini qeyd edib.
Nizamişünasların monoqrafiya barədə fikir mübadiləsindən sonra müəllif ona ünvanlanan sualları cavablandırıb. Daha sonra oxucuların marağına səbəb olan kitabın imza mərasimi keçirilib.
Xatırladaq ki, kitabın elmi redaktoru AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, redaksiya-nəşriyyat heyətinin üzvləri filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadə, tarix üzrə fəlsəfə doktoru, dosent Cavid Cəfərov və filologiya üzrə fəlsəfə doktoru Aytən Quliyevadır.




OXŞAR XƏBƏRLƏR:

16.06.20 ƏLCƏZAİRİN AZƏRBAYCANDAKI FÖVQƏLADƏ VƏ SƏLAHİYYƏTLİ SƏFİRİ ƏLYAZMALAR İNSTİTUTUNDA OLUB
24.01.20 M.İ.RUDOMİNO ADINA ÜMUMRUSİYA DÖVLƏT XARİCİ ƏDƏBİYYAT KİTABXANASININ MÜTƏXƏSSİSLƏRİ ƏLYAZMALAR İNSTİTUTUNDA OLUBLAR
12.10.18 TANINMIŞ MÜTƏXƏSSİS ƏLYAZMALAR İNSTİTUTUNDA OLUB
30.06.18 ƏLİŞİR NƏVAİ ADINA DAŞKƏND DÖVLƏT ÖZBƏK DİLİ VƏ ƏDƏBİYYATI UNİVERSİTETİNİN REKTORU ƏLYAZMALAR İNSTİTUTUNDA OLUB
25.06.18 TÜRKMƏNİSTANIN AZƏRBAYCAN RESPUBLİKASINDAKI FÖVQALADƏ VƏ SƏLAHİYYƏTLİ SƏFİRİ TÜRKMƏNİSTAN ELMLƏR AKADEMİYASININ ƏMƏKDAŞLARI İLƏ BİRGƏ AMEA MƏHƏMMƏD FÜZULİ ADINA ƏLYAZMALAR İNSTİTUTUNDA QONAQ OLUB

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla