ƏLYAZMALAR İNSTİTUTUNUN ALİMLƏRİ NİZAMİ VƏ DANTEYƏ HƏSR OLUNAN BEYNƏLXALQ ELMİ KONFRANSIN AÇILIŞ MƏRASİMİNDƏ İŞTİRAK EDİBLƏR » Əlyazmalar İnstitutu



ƏLYAZMALAR İNSTİTUTUNUN ALİMLƏRİ NİZAMİ VƏ DANTEYƏ HƏSR OLUNAN BEYNƏLXALQ ELMİ KONFRANSIN AÇILIŞ MƏRASİMİNDƏ İŞTİRAK EDİBLƏR

07.10.21. Oxunma sayı: 69 TƏDBİRLƏR / NİZAMİ-880
7 oktyabr 2021-ci il tarixində AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli, həmin institutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadə və Türkdilli əlyazmaların tədqiqi şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru Aygül Hacıyeva Əlcəzair Xalq Demokratik Respublikasının Azərbaycandakı Səfirliyinin mənzil-qərargahında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik və Dante Aligyerinin 700 illik yubiley tədbirləri çərçivəsində təşkil olunan “Nizami və Dante: mədəniyyətlərdə ortaq və fərqli məqamlar” adlı beynəlxalq elmi konfransın açılış mərasimində iştirak ediblər.
Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, Azərbaycan Müqayisəli Ədəbiyyat Assosiasiyası, İtalyanşünaslar Assosiasiyası Dante Qrupu və İtaliya Qələm Klubunun birgə təşkilatçılığı ilə üç gün davam edəcək beynəlxalq elmi konfransda akademik Teymur Kərimli “Konfutsi (e.ə.VI) – Firdovsi (XI) – Nizami (XII) – Mevlana (XIII) – Dante (XIV) – Şekspir (XVII) – Puşkin (XVIII) – Höte (XIX) və ya dünya ədəbiyyatının “İpək Yolundakı səkkiz duraq...”, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadə “Nizami Gəncəvi və Dante Aligreyi yaradıcılığında kəsişən xətlər” mövzusunda məruzələrlə çıxış edəcəklər. Konfrans boyu Azərbaycan və İtaliya ilə yanaşı, Böyük Britaniya, İran, Türkiyə, Hindistan, Rusiya, ABŞ, Gürcüstan kimi ölkələrdən tanınmış şərqşünaslar məruzə edəcək.


OXŞAR XƏBƏRLƏR:

27.03.21 ƏLYAZMALAR İNSTİTUTUNDA ELM GÜNÜNƏ HƏSR OLUNAN ELMİ SESSİYA KEÇİRİLİB
02.12.20 AMEA MƏHƏMMƏD FÜZULİ ADINA ƏLYAZMALAR İNSTİTUTUNUN 70 İLLİK YUBİLEYİ MÜNASİBƏTİLƏ ELMİ-NƏZƏRİ KONFRANS KEÇİRİLİB
23.01.20 AMEA RƏYASƏT HEYƏTİNİN İCLASI KEÇİRİLİB
24.06.19 ƏLYAZMALAR İNSTİTUTUNDA “İMADƏDDİN NƏSİMİ: SƏLƏFLƏR VƏ XƏLƏFLƏR – ORTA ƏSRLƏR ƏLYAZMALARI VƏ AZƏRBAYCAN MƏDƏNİYYƏTİNİN TARİXİ PROBLEMLƏRİ” MÖVZUSUNDA XVII RESPUBLİKA ELMİ KONFRANSI KEÇİRİLİB
07.05.18 HEYDƏR ƏLİYEV VƏ ƏLYAZMALAR İNSTİTUTU

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla