"DƏMİR YUMRUQ" » Əlyazmalar İnstitutu



"DƏMİR YUMRUQ"

30.09.21. Oxunma sayı: 73 MEDİA / PUBLİSİSTİKA
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimlinin “525-ci qəzet”də Azərbaycan xalqına, onun birliyinə, Müzəffər Azərbaycan Ordusuna həsr olunmuş “DƏMİR YUMRUQ” adlı şeiri çap olunub. Alim şeirdə “dəmir yumruğ”un dəmir yurddan, dəmir eldən, dəmir iradədən doğduğunu, el yaddaşının ölməz olduğunu qeyd etmiş, Ana Vətənin yetişdirdiyi qeyrətli, ilham dolu, xilaskar ərənlərindən bəhs edərək, onların igidliklərini xüsusilə vurğulamışdır.
Şeirin tam mətnini sizə təqdim edirik:

Əgər bilmək dilərsənsə, DƏMİR YUMRUQ nədən doğmuş:
Dəmir yurddan, dəmir eldən, dəmir iradədən doğmuş!
Duman çökdürmək istərkən elin başına düşmənlər,
Yarıb zülmətləri çıxmış, günəştək zirvədən doğmuş!
Elin yaddaşı ölməz ki, həmişə dumduru, şəffaf,
Dədəm Qorqud kitabından, nağıl, əfsanədən doğmuş!
Gələndə dar günü yurdun, oyanıb canlanır yaddaş,
Deyərsən bəs çinarlardır, palıdlardır, çəmən doğmuş!
Anamızdır Vətən, ancaq hücum etdikdə namərdlər,
Xilaskar ərləri bil ki, Vətən əkmiş, Vətən doğmuş!
Xoş olsun halına yurdun, gəlib ilhama, qeyrətdən
Dəmir yumruqlu sərkərdə, müzəffər bir ərən doğmuş!
Sənin də adının əsli dəmirdir, Teymur, ancaq ki,
DƏMİR YUMRUQ vuran yerdə sənə həm bir qələm doğmuş...
OXŞAR XƏBƏRLƏR:

13.11.20 AKADEMİK TEYMUR KƏRİMLİNİN QƏLƏBƏYƏ HƏSR OLUNAN ŞEİRLƏRİ 525-Cİ QƏZETDƏ DƏRC EDİLİB
07.10.20 SƏRKƏRDƏ İGİD OLSA!
24.09.20 ƏLYAZMALAR İNSTİTUTUN YUBİLEYİNƏ HƏSR OLUNMUŞ MƏQALƏ İŞIQ ÜZÜ GÖRÜB
24.07.20 KLASSİK ƏDƏBİYYATŞÜNASLIĞIMIZIN KORİFEYİ - TEYMUR KƏRİMLİNİN YAZISI
06.03.19 AKADEMİK T.KƏRİMLİ NƏSİMİ HUMANİZMİ HAQQINDA

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla