İSLAM ƏQAİDİ VƏ DİNİ-FƏLSƏFİ ELMLƏR SIRASINDA ONUN YERİ » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



İSLAM ƏQAİDİ VƏ DİNİ-FƏLSƏFİ ELMLƏR SIRASINDA ONUN YERİ

29.06.18. Oxunma sayı: 176 NƏŞRLƏR

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitunun əməkdaşı, ilahiyyat üzrə elmlər doktoru Zəkiyyə Əbilovanın “İslam əqaidi” adlı məqaləsi ABŞ-ın Nyu York şəhərində çıxan “Journal of  Life Sciences” jurnalında çap ounmuşdur. Məqaləni bəzi ixtisarlarla təqdim edirik. 
Hələ qədim zamanlardan iman bəşər həyatının və cəmiyyətin ayrılmaz bir parçası kimi çı¬xış etmişdir. Azərbaycan xalqının dini-fəlsəfi dünyagörüşündə yer tutmuş dini-mifoliji, dini-fəlsəfi təlimlər arasında  inanc və etiqadın izahı çeşidli yanaşmalarla və müxtəlif baxış bucaqları altında verilir. Buna görə də onun mahiyyəti və səbəbləri müxtəlif, hətta bir-birinə zidd olan şəkildə açıqlanır. Qədim filosoflar da bu məsələ üzərində düşünərək müxtəlif mülahizələr irəli sürmüşlər. Sokrata görə insan təbiətə aid məsələlərə qarışmamalıdır. Orada Allah hökmranlıq edir və təbiətin qanunlarını öyrənmək insanın işi deyildir. İnsanın əsas vəzifəsi özünü dərk etməkdir. Göründüyü kimi, hər bir dini təlimdə etiqad və iman prinsipal bir məsələ ola¬raq diqqət mər-kəzində dayanır. Müxtəlif inanclar və dinlər arasında ixtilaf və fərqlərin kökü etiqad məsələləri ilə bağlıdır. Elmlərin dini və dünyəvi olaraq iki qrupa  bölündüyü Orta  Əsrlərdə birincilər  nəqli, ikincilər isə əqli elmlər adlandırılırdı.  İlk dəfə “Elmlərin təsnifatı”nı elm aləminə təqdim edən Əbu Nəsr Əl-Fərabi Ət-Türki (870-950) elmləri beş fəslə ayirmış və dördüncü fəsli “Təbiət (fizika) elmi və onun bölmələri və ilahiyyat (metafizika) elmi və onun bölmələri adlandırmışdır”.
Qeyd etmək lazımdır ki, islam mədəniyyətinin bütün sahələri və komponentləri bu dinin yayıldığı ictimai-mədəni mühitə hakim olan etiqadla əlaqəli şəkildə təşəkkül tapmışdır. Ona görə həmin sahə və komponentlərin düzgün dərki etiqad məsələsinin mahiyyətinin düzgün izah və dərkindən asılıdır. Etiqadla bağlı məsələlərin həll edildiyi əsas elm sahəsi- elmlərin əsas təsnifatı sistemində daha çox Əqaid və Kəlamın maraq çərçivəsinə daxil olur.  Ümumiyyətlə, əqaid islam ilahiyyatında xüsusi yer tutmaqla VIII əsrdən formalaşmış, sonralar isə kəlam və fiqh elmlərinin inkişafı ilə təkamül yolu keçmişdir. İslamda kəlam məktəblərinin təşəkkül tapdığı IX-XI əsrlərdə əqaid elmi də yeni bir mərhələyə qədəm qoyur. Azərbaycan Milli Elmlər Akademiyasının M.Füzuli adına Əlyazmalar İnstitutunun xəzinəsində islam əqaidinə dair türk, ərəb və fars dillərində, ünvanlı və ünvansız yuzlərlə əlyazma vardır. Bu abidələrin arasında islamın məzhəbləri, eləcə də müxtəlif təriqətlərin əqidə inancı ilə bağlı qiymətli əsərlər vardır. Müxtəlif tarixi dövrlərin məhsulu olan bu əsərlərin mövzusu birdir. Bu da ona dəlalət edir ki, əqaid islam düşüncə sisteminin əsas sütunu olaraq, bütün tarixi dönəmlərdə diqqət mərkəzində olmuşdur. Xüsusilə, islam cəmiyyətində bütün sosial iqtisadi və ictimai münasibətlərin tənzimlənməsi, şəriət və fiqh qanunlarının tərtibi əqaidlə sıx əlaqədə olmuşdur. Hətta ictimai davranış normalarının müəyyənləşməsində də əqaidi nəzərə almaq lazımdir. İslam mədəniyyətinin bütün komponentləri, insanların fərdi və ictimai həyatını tənzimləyən norma və etiqaddan kənar deyil. Belə ki, insan əqidəcə sağlam olarsa, onun rəftar və əməlləri də düz olar.

Zəkiyyə Əbilova
İlahiyyat üzrə elmlər doktoru
скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

13.06.18 ƏLYAZMALAR İNSTİTUTUNDA AXC-NİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLİB
18.05.18 MAHMUD KAŞQARİ ADINA MÜKAFAT TƏQDİM OLUNDU
07.05.18 HEYDƏR ƏLİYEV VƏ ƏLYAZMALAR İNSTİTUTU
24.04.18 “AZƏRBAYCAN MƏDƏNİYYƏT TARİXİNİN PROBLEMLƏRİ ƏLYAZMALARDA” MÖVZUSUNDA XVI ƏNƏNƏVİ RESPUBLİKA ELMİ-NƏZƏRİ KONFRANS

© Copyright 2008-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla