ƏLYAZMALAR İNSTİTUTUNDA “VƏTƏN MƏĞRUR, MƏN MƏĞRUR” DEVİZİ ALTINDA TƏDBİR KEÇİRİLİB » Əlyazmalar İnstitutu



ƏLYAZMALAR İNSTİTUTUNDA “VƏTƏN MƏĞRUR, MƏN MƏĞRUR” DEVİZİ ALTINDA TƏDBİR KEÇİRİLİB

21.09.21. Oxunma sayı: 153 TƏDBİRLƏR
21 sentyabr 2021-ci il tarixində AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “Vətən məğrur, mən məğrur” devizi altında hərbi-vətənpərvərlik ruhunda tədbir keçirilib. Tədbiri Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli açıb. Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr tarixinin ölkədə “Anım günü” kimi təsis edilməsi haqqında Sərəncamı oxunduqdan sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Akademik Teymur Kərimli öz çıxışında 44 günlük Vətən müharibəsində əhalisinin şücaəti ilə fərqlənən Tərtər, Gəncə, Tovuz kimi şəhərlərə “Qərhəman şəhər” adının verilməsi təklifini irəli sürüb.
Anım mərasiminin qonaqları I Qarabağ Müharibəsi uğrunda gedən döyüşlərdə iştirak edən, ehtiyatda olan polkovnik-leytenant Hacı Məmmədov və Vətən müharibəsi iştirakçısı, ehtiyyatda olan baş leytenant Bakı şəhəri, Xətai rayonu 221 saylı tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Bədəl Hüseynov çıxışlarında 44 günlük Vətən müharibəsi dövründə iştirak edənlərin şücaətindən bəhs edərək ordumuzun döyüş meydanında əldə etdikləri nailiyyətlərindən danışıb.
Tədbirdə həmçinin Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov, İnstitutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadə, Gənc Alim və Mütəxəssislər Şurasının sədri, filologiya üzrə fəlsəfə doktoru Aytən Quliyeva çıxış edərək gələn qonaqlara öz təşəkkürlərini bildirib, mənfur düşmən üzərində əldə olunan qələbənin müzəffər Ali baş komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasətinin, ordu və xalq birliyinin nəticəsi olduğunu qeyd ediblər.
Tədbirin sonunda Vətən müharibəsində xalqımızın möhtəşəm qələbəsini əks etdirən kitab sərgisinə baxış keçirilib.


OXŞAR XƏBƏRLƏR:

24.04.21 ALİMLƏRİMİZ “ƏDƏBİYYATDA QARABAĞ MÖVZUSU” ADLI RESPUBLİKA ELMİ KONFRANSINDA MƏRUZƏ EDİB
02.12.20 AMEA MƏHƏMMƏD FÜZULİ ADINA ƏLYAZMALAR İNSTİTUTUNUN 70 İLLİK YUBİLEYİ MÜNASİBƏTİLƏ ELMİ-NƏZƏRİ KONFRANS KEÇİRİLİB
12.11.20 VƏTƏN MÜHARİBƏSİNDƏ QAZANILAN QƏLƏBƏ TARİXİMİZİN ZƏFƏR SALNAMƏSİ, PARLAQ SƏHİFƏSİDİR
13.06.18 ƏLYAZMALAR İNSTİTUTUNDA AXC-NİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLİB
19.01.18 ƏLYAZMALAR İNSTİTUTUNDA “20 YANVAR-ÜMUMXALQ HÜZN GÜNÜ” ADLI ELMİ SESSİYA KEÇİRİLİB

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla