ƏLYAZMALAR İNSTİTUTUNUN ALİMLƏRİ LƏNKƏRANDA NİZAMİ İLƏ BAĞLI MONOQRAFİYANIN TƏQDİMATINDA İŞTİRAK EDİB » Əlyazmalar İnstitutu



ƏLYAZMALAR İNSTİTUTUNUN ALİMLƏRİ LƏNKƏRANDA NİZAMİ İLƏ BAĞLI MONOQRAFİYANIN TƏQDİMATINDA İŞTİRAK EDİB

15.09.21. Oxunma sayı: 29 TƏDBİRLƏR / NİZAMİ-880
Bu günlərdə Lənkəran şəhər Heydər Əliyev Mərkəzində Nizami Gəncəvinin 880 illik yubileyi çərçivəsində AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadə tərəfindən monoqrafiya halında nəşrə hazırlanmış “Nizami Gəncəvi və Azərbaycan xalq yaradıcılığı” kitabının təqdimatı olub. Kitab görkəmli ictimai xadim, pedaqoq və ədəbiyyatşünas Məmməd Ələkbərovun Sovet dövründə filologiya elmləri namizədi alimlik dərəcəsi almaq üçün işləyib tamamladığı dissertasiya işi əsasında tərtib olunmuşdur.
Mərkəzin direktoru Reyhanə Sadıqova tədbiri giriş nitqi ilə açaraq kitab haqqında dəyərli fikirləri ilə bölüşüb. Əlyazmalar İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadə tədbirdə çıxış edərək ərsəyə gətirdiyi kitab haqqında geniş məlumat verib və Nizami yaradıcılığının tədqiqatçısı kimi yeni-yeni fikirlər söyləyib. Tədbirdə, həmçinin, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Kərimulla Məmmədzadə, AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Mehman Qaraxanoğlu, Lənkəran Dövlət Universitetinin “Azərbaycan dili və ədəbiyyat” kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Elşad Səfərli mövzu ilə bağlı məruzələrlə çıxış edərək, gələcəkdə bu kimi tədbirlərin keçirilməsinin davamlı olacağına əminliklərini bildiriblər.
Tədbir musiqili ədəbi-bədii kompozisiya ilə davam edib. Sonda Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin rəsm studiyasının hazırladığı “Nizami Gəncəvi əsərləri uşaqların gözü ilə” adlı rəsm sərgisi nümayiş olunub.


OXŞAR XƏBƏRLƏR:

03.03.21 YUSİF GÜNAYDININ 70 İLLİK YUBİLEYİ MÜNASİBƏTİLƏ TƏDBİR KEÇİRİLİB
02.12.20 AMEA MƏHƏMMƏD FÜZULİ ADINA ƏLYAZMALAR İNSTİTUTUNUN 70 İLLİK YUBİLEYİ MÜNASİBƏTİLƏ ELMİ-NƏZƏRİ KONFRANS KEÇİRİLİB
23.01.20 AMEA RƏYASƏT HEYƏTİNİN İCLASI KEÇİRİLİB
24.06.19 ƏLYAZMALAR İNSTİTUTUNDA “İMADƏDDİN NƏSİMİ: SƏLƏFLƏR VƏ XƏLƏFLƏR – ORTA ƏSRLƏR ƏLYAZMALARI VƏ AZƏRBAYCAN MƏDƏNİYYƏTİNİN TARİXİ PROBLEMLƏRİ” MÖVZUSUNDA XVII RESPUBLİKA ELMİ KONFRANSI KEÇİRİLİB
07.05.18 HEYDƏR ƏLİYEV VƏ ƏLYAZMALAR İNSTİTUTU

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla