NİZAMİ GƏNCƏVİNİN 880 İLLİYİ MÜNASİBƏTİLƏ BEYNƏLXALQ ELMİ KONFRANS KEÇİRİLƏCƏK » Əlyazmalar İnstitutu



NİZAMİ GƏNCƏVİNİN 880 İLLİYİ MÜNASİBƏTİLƏ BEYNƏLXALQ ELMİ KONFRANS KEÇİRİLƏCƏK

06.09.21. Oxunma sayı: 230 ELANLAR / NİZAMİ-880
2021-ci ilin oktyabr ayında AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə “Nizami Gəncəvi: sələflər və xələflər – orta əsr əlyazmaları və Azərbaycan mədəniyyətinin tarixi problemləri” mövzusunda elmi-nəzəri konfrans keçiriləcək.
Konfransda aşağıdakı bölmələr üzrə məruzələrin dinlənilməsi nəzərdə tutulur:

- Ədəbiyyatşünaslıq;
- Dilçilik;
- Əlyazma abidələrinin mühafizəsi, konservasiya və restavrasiya olunması;
- Əlyazmaşünaslıq / Paleoqrafiya;
- Fəlsəfə;
- Kitabşünaslıq;
- Mənbəşünaslıq;
- Mətnşünaslıq;
- Tarixşünaslıq;
- Sənətşünaslıq.

Konfrans iştirakçıları Azərbaycan, türk, ingilis və rus dillərində məruzə edə bilər. Məruzə tezislərinin toplu halında nəşri nəzərdə tutulur. Tezislərin son təqdim olunma tarixi 20 oktyabr 2021-ci ildir.

Tezislərin tərtibinə dair tələblər:
Mətn MS Word redaktorunda, A4 formatında, 12 ölçülü Times New Roman şrifti ilə, sətirlərarası 1,15-lik interval gözlənilməklə yığılmalıdır. Mətnin hər tərəfindən 2 sm boşluq olmalıdır. Mətnin sol başlığında tezisin aid olduğu elm sahəsinin UOT göstəricisi, bir sətir aşağı sağ tərəfdə kiçik və tünd şriftlə müəllifin adı və soyadı, onun altında kiçik hərflə, kursivlə iş yeri (təhsil aldığı müəssisə), elmi dərəcəsi, elmi adı (əgər varsa), növbəti sətirdə elektron ünvanı göstərilməlidir. 1 sətir buraxıldıqdan sonra, ortada, hamısı böyük və tünd şriftlə məruzənin adı verilməlidir. Daha sonra 2 sətir buraxılmaqla əsas mətn yerləşdirilməlidir. Əsas mətndən sonra 1 sətir buraxılmaqla istifadə olunmuş ədəbiyyat siyahısı, bir sətir sonra isə ingilis dilində xülasə (mətn ingilis dilində olduqda Azərbaycanca, mətn rus dilində olduqda isə Azərbaycanca və ingiliscə xülasə) verilməlidir. Xülasədən öncə sağ tərəfdə kiçik və tünd şriftlə müəllifin adı və soyadı, növbəti sətirdə mərkəzdən böyük və tünd şriftlə məruzənin adı, altdan isə kursivlə xülasənin mətni yerləşdirilməlidir. Tezisin mətni xülasə də daxil olmaqla 5000 işarədən və ya 2 səhifədən artıq olmamalıdır.

Tezis mətninin nümunəsi (YÜKLƏ)

Qeyd: Təşkilat komitəsi tezislərin seçilməsi, mətndə düzəlişlərin edilməsi (ümumi məzmununu dəyişmədən), məruzələrin geri qaytarılması hüququna malikdir.

Ünvan: AZ1001, Azərbaycan Respublikası, Bakı şəhəri, İstiqlaliyyət küçəsi, 26
Tel.: (+994 12) 492 63 33, (+994 12) 437 21 52.
E-mail: konfrans.elyazma@mail.ru
Veb-sayt:
www.manuscript.az
OXŞAR XƏBƏRLƏR:

18.09.20 ƏLYAZMALAR İNSTİTUTU DOKTORANTURA VƏ DİSSERTANTURAYA QƏBUL ELAN EDİR
01.08.20 ƏLYAZMALAR İNSTİTUTUNUN 70 İLLİYİ MÜNASİBƏTİLƏ BEYNƏLXALQ ELMİ KONFRANS KEÇİRİLƏCƏK
09.12.19 ƏLYAZMALAR İNSTİTUTU DOKTORANTURA VƏ DİSSERTANTURAYA QƏBUL ELAN EDİR
12.02.19 AMEA MƏHƏMMƏD FÜZULİ ad. ƏLYAZMALAR İNSTİTUTUNDA İMADƏDDİN NƏSİMİNİN 650 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNAN ELMİ-NƏZƏRİ KONFRANS KEÇİRİLƏCƏK
11.12.18 İNSTİTUT DOKTORANTURA VƏ DİSSERTANTURAYA QƏBUL ELAN EDİR

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla