ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞI “NİZAMİ GƏNCƏVİ – AZƏRBAYCANIN SÖNMƏZ GÜNƏŞİ” MÖVZUSUNDA VİDEOKONFRANSDA İŞTİRAK EDİB » Əlyazmalar İnstitutu



ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞI “NİZAMİ GƏNCƏVİ – AZƏRBAYCANIN SÖNMƏZ GÜNƏŞİ” MÖVZUSUNDA VİDEOKONFRANSDA İŞTİRAK EDİB

31.08.21. Oxunma sayı: 92 TƏDBİRLƏR
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadə 30 avqust 2021-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Heydər Əliyev Mərkəzinin təşəbbüsü və Gəncə Dövlət Mədəniyyət Qoruğu Nizami Gəncəvi Kompleksinin birgə təşkilatçılığı ilə keçirilən “Nizami Gəncəvi – Azərbaycanın sönməz günəşi” mövzusunda beynəlxalq onlayn konfransa fəxri qonaq qismində qatılıb. “Nizami ili” çərçivəsində təşkil olunan bu beynəlxalq tədbirdə dosent Əzizağa Nəcəfzadə “Nizami Gəncəvinin “Leyli və Məcnun” məsnəvisinin ilkin qaynaqları” mövzusunda məruzə edib.
Qeyd edək ki, videokonfrans zamanı qardaş türk xalqı tədbirin digər fəxri qonağı Türkiyə Səlçuq Üniversitetinin əməkdaşı Ali Temizelin simasında “30 avqust Zəfər günü” münasibəti ilə təbrik edilib, Türkiyənin “Baş komandanlıq meydan müharibəsi”ndə və Azərbaycanın 44 günlük Qarabağ savaşında canlarından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

OXŞAR XƏBƏRLƏR:

27.03.21 ƏLYAZMALAR İNSTİTUTUNDA ELM GÜNÜNƏ HƏSR OLUNAN ELMİ SESSİYA KEÇİRİLİB
25.12.20 NAXÇIVANDA MƏHƏMMƏD FÜZULİ ADINA ƏLYAZMALAR İNSTİTUTUNUN YARADILMASININ 70 İLLİYİ QEYD EDİLİB
02.12.20 AMEA MƏHƏMMƏD FÜZULİ ADINA ƏLYAZMALAR İNSTİTUTUNUN 70 İLLİK YUBİLEYİ MÜNASİBƏTİLƏ ELMİ-NƏZƏRİ KONFRANS KEÇİRİLİB
23.01.20 AMEA RƏYASƏT HEYƏTİNİN İCLASI KEÇİRİLİB
10.10.18 ƏLYAZMALAR İNSTİTUTUNDA BEYNƏLXALQ QIZLAR GÜNÜ QEYD OLUNUB

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla