AZƏRBAYCAN ƏLYAZMALARI DÜNYA KİTABXANALARINDA » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



AZƏRBAYCAN ƏLYAZMALARI DÜNYA KİTABXANALARINDA

30.11.17. Oxunma sayı: 403 TƏDBİRLƏR
29 noyabr 2017-ci il tarixdə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “Azərbaycan əlyazmaları dünya kitabxanalarında” mövzusunda  II Beynəlxalq elmi-nəzəri konfrans keçirilmişdir. Konfransı giriş sözü ilə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açmış, multikulturalizmin Azərbaycanda həyat tərzi olmasını vurğulamışdır. 2017-ci ilin Prezident İlham Əliyev tərəfindən İslam Həmrəyliyi olmasını qeyd edən akademik Finlandiyada, İstanbulda, Daşkənddə, Sankt Peterburqda bununla bağlı geniş tədbirlər keçirildiyini vurğulamışdır. O, AMEA-nın Qafqaz Müsəlmanları İdarəsi və Dini Məsələlər üzrə Dövlət Komitəsi ilə birlikdə də bir çox tədbirlərə imza atdığını bildirmişdir. 
Daha sonra Azərbaycanın Prezidentinin və rəsmi dövlət qurumlarının elmə və alimlərə xüsusi qayğısından danışmışdır. O, son illər akademiyada aparılmış islahatların nəticələri, alimlərin social şəraitinin yaxşılaşdırılması istiqamətində atılan addımlar barədə məlumat vermişdir. Vitse-prezident çıxışının sonunda konfransın işinə uğurlar diləmiş, iclasların səmərəli keçəcəyinə əmin olduğunu  bildirmişdir.
AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik- katibi, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli əlyazmaların toplanması, nəşri və qorunub saxlanması sahəsində son dövrdə görülən işlərdən söhbət açmışdır. O, dünya kitabxanalırnda Azərbaycana aid böyük xəzinənin olduğunu, onun insanların üzünə açılmasının vacibliyini vurğulamışdır. T.Kərimli həmin əlyazmalarda Azərbaycanın mədəniyyəti, tarixi, milli-mənəvi dəyərləri barədə çox zəngin fakt və informasiyaların olduğunu bildirmişdir. O, həmin xəzinəni dünyaya çatdırmağın vaxtının çoxdan çatdığını qeyd etmişdir. Akademik bu məsələdə beynəlxalq konfransın mühüm rol oynayacağını qeyd etmiş və bu ənənənin gələcəkdə də davamlı olmasının zəruriliyini vurğulamışdır.
Plenar iclasda İran İslam Respublikasından gəlmiş,  Təbriz Azad Universitetinin, professoru  Mohəmməd Amin Sultan Ol-Qurrai  “Təbrizli Saibin “Külliyyatı”nın nadir əlyazma nüsxəsinin tanıtımı”,  AMEA-nın Gəncə Elmi Mərkəzinin əməkdaşı,  filologiya elmləri doktoru, professor  Xəlil Yusifli  “Nizami Gəncəvi əsərlərinin əlyazmaları və elmi-tənqidi nəşrləri” , Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Aybəniz Əliyeva-Kəngərli   “Koroğlu”nun Paris və Tiflis nüsxələri dünya kitab dövriyyəsində”,  Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov “Həcc səfərləri marşrutları xatirə və səfərnamələrdə”,  Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev “Akademik Vasim Məmmədəliyevin Azərbaycanda İslam həmrəyliyində rolu” məruzələri dinlənilmişdir.
Günün ikinci yarısında keçirilən bölmə iclaslarında müxtəlif mövzular ətrafında otuzdan çox məruzə oxunmuşdur.

скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

10.11.17 ƏLYAZMALAR İNSTİTUTUNDA SABAH QRUPUNUN TƏLƏBƏLƏRİ ÜÇÜN NÖVBƏTİ MÜHAZİRƏ OXUNUB

© Copyright 2008-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla