NADİR ŞAH ƏFŞARIN FƏRMAN VƏ MƏKTUBLARINDAN İBARƏT YENİ KİTAB » Əlyazmalar İnstitutu



NADİR ŞAH ƏFŞARIN FƏRMAN VƏ MƏKTUBLARINDAN İBARƏT YENİ KİTAB

17.07.21. Oxunma sayı: 180 NƏŞRLƏR
Bu günlərdə Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanmış “Nadir Şah Əfşarın fərman və məktubları” adlı yeni kitab işıq üzü görüb. Kitaba Azərbaycanın, eləcə də bütün Yaxın Şərqin həm hərb tarixində, həm də siyasi həyatında silinməz iz qoymuş görkəmli dövlət xadimi və böyük fateh Nadir şah Əfşarın fərman və məktublarının tərcüməsi daxil edilmişdir. Azərbaycan dilində nəşr edilən bu sənədlərin böyük bir qismi ilk dəfə müxtəlif əlyazma mənbələrindən seçilərək toplanıb və Əlyazmalar İstitutunun tanınmış tərcüməçi-mütəxəssisləri: filologiya üzrə fəlsəfə doktoru, dosent Əkrəm Bağırov, böyük elmi işçi Hacı Rauf Şeyxzamanlı və ərəbşünas-tədqiqatçı Minəxanım Şahbazova tərəfindən tərcümə edilmişdir. Yeni nəşr nadirşünas tədqiqatçılar üçün mötəbər istinad mənbəyi olacaqdır.
OXŞAR XƏBƏRLƏR:

14.04.21 “NİZAMİ GƏNCƏVİ VƏ AZƏRBAYCAN XALQ YARADICILIĞI” KİTABI İŞIQ ÜZÜ GÖRÜB
27.12.19 NƏSİMİSEVƏRLƏRLƏ İLK GÖRÜŞ
21.12.18 FUNDAMENTAL ELMİ BİBLİOQRAFİYA İŞIQ ÜZÜ GÖRÜB
11.05.18 ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞININ YENİ MONOQRAFİYASI İŞIQ ÜZÜ GÖRÜB
12.04.18 ON DÖRD MƏSUMUN TƏRCÜMEYİ-HALINI EHTİVA EDƏN KİTAB NƏŞR OLUNUB

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla