ƏLYAZMALAR İNSTİTUTU “İŞĞALDAN AZAD OLUNAN BÖLGƏLƏRDƏKİ KİTABXANALARIN FONDU ÜÇÜN KİTABTOPLAMA KAMPANİYASI”NA QOŞULUB » Əlyazmalar İnstitutu



ƏLYAZMALAR İNSTİTUTU “İŞĞALDAN AZAD OLUNAN BÖLGƏLƏRDƏKİ KİTABXANALARIN FONDU ÜÇÜN KİTABTOPLAMA KAMPANİYASI”NA QOŞULUB

13.07.21. Oxunma sayı: 152 TƏDRİS
İyul ayının 12-də AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu “İşğaldan azad olunan bölgələrdəki kitabxanaların fondu üçün kitabtoplama kampaniyası”na qoşulub. İnstitut nəşrlərindən ibarət 174 adda 471 nüsxə kitab Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusu tərəfindən 44 günlük müharibə nəticəsində erməni işğalından azad olunmuş ərazilərimizdə 90-cı illərin əvvəllərinədək fəaliyyət göstərmiş kitabxanaların kitab fondlarının bərpası ilə əlaqədar bağışlanıb.
Qeyd edək ki, “İşğaldan azad olunan bölgələrdəki kitabxanaların fondu üçün kitabtoplama kampaniyası” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə həyata keçirilir.


OXŞAR XƏBƏRLƏR:

20.05.21 MƏKTƏBLİLƏR NİZAMİ GƏNCƏVİNİN ƏSƏRLƏRİNİN ƏLYAZMA NÜSXƏLƏRİ İLƏ TANIŞ OLUBLAR
31.01.20 İLAHİYYAT İNSTİTUTUNUN TƏLƏBƏLƏRİ ƏLYAZMALAR İNSTİTUTUNDA OLUBLAR
04.12.18 AKADEMİK TEYMUR KƏRİMLİ QAZAXISTAN MİLLİ UNİVERSİTETİNDƏ MƏRUZƏ ETDİ
13.06.18 ƏLYAZMALAR İNSTİTUTUNUN MAGİSTRANTLARI MAGİSTR BURAXILIŞ İŞLƏRİNİ MÜDAFİƏ EDİBLƏR
31.05.18 ƏLYAZMALAR İNSTİTUTUNDA ELMİN TƏHSİLƏ İNTEQRASİYASI DAVAM EDİR

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla