BAŞQIRD DÖVLƏT UNİVERSİTETİNİN ALİMİ ƏLYAZMALAR İNSTİTUTUNUN QONAĞI OLUB » Əlyazmalar İnstitutu



BAŞQIRD DÖVLƏT UNİVERSİTETİNİN ALİMİ ƏLYAZMALAR İNSTİTUTUNUN QONAĞI OLUB

01.07.21. Oxunma sayı: 198 BEYNƏLXALQ ƏLAQƏLƏR
1 iyul 2021-ci il tarixində Başqırdıstan Respublikası Başqırd Dövlət Universitetinin Tarix kafedrasının dosenti, tarix elmləri namizədi Nadir Salih AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun qonağı olub. Qonağa institutun tarixi, beynəlxalq əlaqələri, burada mühafizə olunan əlyazmalar və yerinə yetirilən tədqiqat işləri barədə ətraflı məlumat verilib. Nadir Salih Ufa şəhərinin 3 arxivində mövcud olan ümumilikdə 2500 əlyazma üzərində apardığı “Ərəb qrafikalı əlyazmalar Başqırdıstanda (tarixi oçerk)” monoqrafiyasını institutun kitabxanasına hədiyyə edib və “Cənubi Qafqaz ölkələrinin əlyazma fondlarında mühafizə olunan ərəb qrafikalı əlyazmalar” mövzusunda elmi tədqiqat aparmaq və bu məqsədlə institutun fondlarında mövcud olan arxeoqrafik sənədlərlə tanış olmaq istədiyini bildirib. Gün ərzində o, Əlyazmalar İnstitutunun Ekspozisiya zalında nümayiş olunan qədim əlyazmalarla, oxu zalındakı ərəbdilli əlyazmaların kataloqu ilə tanış olub.
OXŞAR XƏBƏRLƏR:

09.06.20 ƏLYAZMALAR İNSTİTUTU İLƏ ÖZBƏK-ÇİN İNSTİTUTU ARASINDA QARŞILIQLI ANLAŞMA VƏ ƏMƏKDAŞLIQ MEMORANDUMU İMZALANIB
07.11.19 TƏBRİZ UNİVERSİTETİNİN PROFESSORU ƏLYAZMALAR İNSTİTUTUNDA OLUB
21.02.19 ƏLYAZMALAR İNSTİTUTU İLƏ BEYNƏLXALQ TÜRK-QAZAX UNİVERSİTETİ ƏMƏKDAŞLIQ EDƏCƏK
20.02.19 YUNİS İMRƏ İNSTİTUTUNUN DİREKTORU ƏLYAZMALAR İNSTİTUTUNDA OLUB
09.12.17 AMEA-NIN MƏHƏMMƏD FÜZULİ ADINA ƏLYAZMALAR İNSTİTUTU İLƏ DAŞKƏND DÖVLƏT ÖZBƏK DİLİ VƏ ƏDƏBİYYATI UNİVERSİTETİ ARASINDA ƏMƏKDAŞLIQ MEMORANDUMU İMZALANIB

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla