TÜRKMƏNİSTANIN AZƏRBAYCAN RESPUBLİKASINDAKI FÖVQALADƏ VƏ SƏLAHİYYƏTLİ SƏFİRİ TÜRKMƏNİSTAN ELMLƏR AKADEMİYASININ ƏMƏKDAŞLARI İLƏ BİRGƏ AMEA MƏHƏMMƏD FÜZULİ ADINA ƏLYAZMALAR İNSTİTUTUNDA QONAQ OLUB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi portalı
AZ EN



TÜRKMƏNİSTANIN AZƏRBAYCAN RESPUBLİKASINDAKI FÖVQALADƏ VƏ SƏLAHİYYƏTLİ SƏFİRİ TÜRKMƏNİSTAN ELMLƏR AKADEMİYASININ ƏMƏKDAŞLARI İLƏ BİRGƏ AMEA MƏHƏMMƏD FÜZULİ ADINA ƏLYAZMALAR İNSTİTUTUNDA QONAQ OLUB

25.06.18. Oxunma sayı: 56 Beynəlxalq əlaqələr
25 iyun 2018-ci il tarixində Türkmənistanın ölkəmizdəki səfiri, cənab Mekan İsanquliyev, Tükmənistan Elmlər Akademiyasının Milli Əlyazmalar İnstitutunun direktoru Davud Orazsahedov və Ədəbiyyat İnstitutunun direktor müavini filologiya elmlər namizədi Hezretqulu Durdjiyev AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olublar. Hörmətli qonaqları Əlyazmlar İnstitutunun elmi işlər üzrə direktor müavinləri filologiya üzrə elmlər doktoru Aybəniz Əliyeva-Kəngərli və filologiya üzrə elmlər doktoru Paşa Kərimov qarşılamışlar. Görüşdə Aybəniz Əliyeva-Kəngərli qonaqlara Əlyazmalar İnstitutunun tarixi, elmi fəaliyyət istiqaməti haqqında, Paşa Kərimov isə İnstitutda qorunan qədim əlyazmalar haqqında məlumat verib. İki heyət bir-biri ilə əməkdaşlıq perspektivlərini müzakirə edib.
Sonra qonaqlar İnstitutun Ekspozisiya zalında olublar. Əlyazmalar İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Əzizağa Nəcəfov onları ekspozisiya zalında nümayiş olunan əlyazmalarla tanış edib.
Sonda qonaqlar Əlyazmlar İnstitutunun xatirə kitabına ürək sözlərini yazıblar. 


скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

13.06.18 ƏLYAZMALAR İNSTİTUTUNDA AXC-NİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLİB
18.05.18 MAHMUD KAŞQARİ ADINA MÜKAFAT TƏQDİM OLUNDU
07.05.18 HEYDƏR ƏLİYEV VƏ ƏLYAZMALAR İNSTİTUTU
26.02.18 ƏLYAZMALAR İNSTİTUTUNDA XOCALI FACİƏSİNƏ HƏSR EDİLMİŞ ANIM MƏRASİMİ KEÇİRİLİB
09.12.17 AMEA-NIN MƏHƏMMƏD FÜZULİ ADINA ƏLYAZMALAR İNSTİTUTU İLƏ DAŞKƏND DÖVLƏT ÖZBƏK DİLİ VƏ ƏDƏBİYYATI UNİVERSİTETİ ARASINDA ƏMƏKDAŞLIQ MEMORANDUMU İMZALANIB

© Copyright, 2018, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla