ƏLYAZMALAR İNSTİTUTUNDA QƏDİM QURAN ƏLYAZMALARININ SƏRGİSİ OLUB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



ƏLYAZMALAR İNSTİTUTUNDA QƏDİM QURAN ƏLYAZMALARININ SƏRGİSİ OLUB

25.06.18. Oxunma sayı: 190 TƏDBİRLƏR
25 iyun 2018-ci il tarixində AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitunun sərgi salonunda  Qədim Quran Araşdırma Birliyinin təşkilatçılığı ilə qədim Quran kitablarının və əlyazmalarının sərgisi keçirilmişdir.  Sərgidə 120-dən çox qədim Quran kitabı, əlyazma nüsxəsi, Quranın təfsirləri, ayrı-ayrı şairlərin dini şeirləri nümayiş etdirilmişdir. Birliyin sədri  Nəhayət Hüseynova Qədim Quran Araşdırma Birliyinin yaranmasının üç ilinin artıq tamam olduğunu bildirib. O, ilk belə bir sərginin  2016-cı ildə keçirildiyini qeyd edib.  
Əlyazmalar İnstitunun elmi işlər üzrə direktr müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov  öz çıxışında institutda saxlanılan qədim Quran əlyazmaları barədə məlmat verib. O, qeyd edib ki, institutun fondunda ceyran dərisi üzərində yazılmış və IX əsrə aid ən qədim Quran əlyazmalarından biri saxlanılır.
Tədbirdə elm adamları və ictimaiyyət nümayəndələri iştirak ediblər.


скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

13.06.18 ƏLYAZMALAR İNSTİTUTUNDA AXC-NİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLİB
18.05.18 MAHMUD KAŞQARİ ADINA MÜKAFAT TƏQDİM OLUNDU
07.05.18 HEYDƏR ƏLİYEV VƏ ƏLYAZMALAR İNSTİTUTU
09.12.17 AMEA-NIN MƏHƏMMƏD FÜZULİ ADINA ƏLYAZMALAR İNSTİTUTU İLƏ DAŞKƏND DÖVLƏT ÖZBƏK DİLİ VƏ ƏDƏBİYYATI UNİVERSİTETİ ARASINDA ƏMƏKDAŞLIQ MEMORANDUMU İMZALANIB

© Copyright 2008-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla