MƏKTƏBLİLƏR NİZAMİ GƏNCƏVİNİN ƏSƏRLƏRİNİN ƏLYAZMA NÜSXƏLƏRİ İLƏ TANIŞ OLUBLAR » Əlyazmalar İnstitutu



MƏKTƏBLİLƏR NİZAMİ GƏNCƏVİNİN ƏSƏRLƏRİNİN ƏLYAZMA NÜSXƏLƏRİ İLƏ TANIŞ OLUBLAR

20.05.21. Oxunma sayı: 167 TƏDRİS / NİZAMİ-880
Azərbaycan Respublikası Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin əməkdaşlığı və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə 18-26 may tarixində “Məktəblilər üçün muzey həftəsi” layihəsi çərçivəsində “Muzeylər və Nizami irsi” adlı onlayn Beynəlxalq proqrama start verilib.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 5 yanvar 2021-ci il tarixində imazaladığı sərəncama əsasən, 2021-ci ilin “Nizami ili” elan olunması ilə bağlı həyata keçirilən “Muzeylər və Nizami irsi” adlı onlayn Beynəlxalq proqramın məqsədi məktəblilərə dahi şair Nizami irsini aşılamaqdır.
Proqramın gündəliyinə uyğun olaraq 19 may 2021-ci il tarixində AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Ekspozisiya zalında canlı yayım həyata keçirilib. Yayım zamanı institutun fondlarında mühafizə olunan Nizami Gəncəvi Əlyazmaları haqqında məktəblilərə geniş məlumat verilib. Məlumatı S.C.Pişəvəri adına Respublika Humanitar FənlərGimnaziyasının 9e sinif şagirdi Fidan Xəlilli təqdim edib. Təqdimatdan sonra Əlyazmalar İstitutunun elmi işlər üzrə direktor müavini filologiya elmləri doktoru Paşa Kərimov izləyiciləri maraqlandıran sualları cavablandırıb.
Qeyd edək ki, canlı bağlantı zamanı Nizami Gəncəvi “Xəmsə”sinin Əlyazmalar İnstitutunda mühafizə olunan ən qədim, ən nəfis əlyazma nüsxələri nümayiş etdirilmiş və hər biri haqqında müfəssəl məlumat verilmişdir.


OXŞAR XƏBƏRLƏR:

06.04.21 AKADEMİK TEYMUR KƏRİMLİ “NİZAMİ YARADICILIĞI QLOBAL MƏNƏVİ DƏYƏR KİMİ” MÖVZUSUNDA MƏRUZƏ EDİB
17.03.21 “HEYDƏR ƏLİYEV VƏ NİZAMİ GƏNCƏVİ İRSİ” MÖVZUSUNDA MƏRUZƏ TƏQDİM EDİLİB
12.02.21 DAHİ NİZAMİNİN “XƏMSƏ”SİNİN AKADEMİK NƏŞRİ, ELMİ-TƏNQİDİ MƏTNLƏRİ ƏRSƏYƏ GƏTİRİLƏCƏK
26.01.21 AKADEMİK TEYMUR KƏRİMLİ “DƏRS VAXTI” VERİLİŞİNDƏ “NİZAMİ VƏ TARİX” MÖVZUSUNDA MARAQLI MƏQAMLARA TOXUNUB
05.01.21 2021-Cİ İL AZƏRBAYCANDA “NİZAMİ GƏNCƏVİ İLİ” ELAN EDİLİB

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla