ƏLYAZMALAR İNSTİTUTUNDA AXC-NİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLİB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi portalı
AZ EN



ƏLYAZMALAR İNSTİTUTUNDA AXC-NİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLİB

13.06.18. Oxunma sayı: 58 Tədbirlər
13 iyun 2018-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan əlyazmaları dünya kitabxanalarında” mövzusunda III beynəlxalq elmi konfrans keçirilib. Konfransı giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Əlyazmalar İnstitutunun Azərbaycan xalqının milli-mənəvi sərvətlərinin və dəyərlərinin qorunması sahəsindəki rolundan danışıb. O, Əlyazmalar Fondunun Əlyazmalar İnstitutuna çevrilməsini Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi kimi qiymətləndirib. O, deyib ki, Gürcüstanda, Ermənistanda əlyazmalar saxlanılan müəssisələr çox-çox əvvəllər institut statusu almasına baxmayaraq, Azərbaycanda buna imkan verilmirdi.
Yalnız Ulu Öndərin səyləri nəticəsində Respublika Əlyazmalar Fondu instituta çevrilə bildi. Akademik vurğulayıb ki, milləti dünyaya onun əlyazmaları, kitabları tanıdır. İ.Həbibbəyli Əlyazmalar İnstitutu üçün gələcəkdə yeni və müvafiq binanın tikilməsinin planlaşdırıldığını bildirib. Amma o deyib ki, həmin vaxta qədər hazırki binada əsaslı təmir aparılacaq.  
AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli konfransın məramı və məqsədi barədə məlumat verib. O, bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan xalqının tarixində ən şərəfli yerlərdən birini tutur. T.Kərimli Cümhuriyyət tariximizin dərindən və hərtərəfli öyrənilməsini bu gün qarşıda duran ən vacib vəzifələrdən biri olduğunu qeyd edib.  O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamını tariximizə, milli-mənəvi irsimizə böyük qayğının təzahürü  kimi dəyərləndirib.
Sonra AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar  İnstitutunun direktor  müavini, filologiya üzrə elmlər doktoru, professor Aybəniz Əliyeva-Kəngərli “Cümhuriyyət dövrünün ədəbi konsepsiyası (M.Ə.Rəsulzadənin ədəbi görüşləri)”, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru, professor Paşa Kərimov “Nəsib bəy Yusifbəylinin “Təslim” hekayəsi”, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar  İnstitutu, filologiya üzrə elmlər doktoru Nailə Səmədova “Azərbaycan Xalq Cümhuriyyətinin təşəkkülündə Yusif Vəzirin fəaliyyəti”, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, tarix üzrə fəlsəfə doktoru Esmira Cavadova “Müasir Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir” mövzularında məruzə etmişlər.
Daha sonra konfrans bölmələrdə davam edib.


скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

13.06.18 KİTABXANIMIZA BEYNƏLXALQ ƏLYAZMALAR CƏMİYYƏTİNİN “MANUSCRİPTS” JURNALININ YENİ SAYI DAXİL OLUB
07.05.18 HEYDƏR ƏLİYEV VƏ ƏLYAZMALAR İNSTİTUTU
24.04.18 “AZƏRBAYCAN MƏDƏNİYYƏT TARİXİNİN PROBLEMLƏRİ ƏLYAZMALARDA” MÖVZUSUNDA XVI ƏNƏNƏVİ RESPUBLİKA ELMİ-NƏZƏRİ KONFRANS
09.12.17 AMEA-NIN MƏHƏMMƏD FÜZULİ ADINA ƏLYAZMALAR İNSTİTUTU İLƏ DAŞKƏND DÖVLƏT ÖZBƏK DİLİ VƏ ƏDƏBİYYATI UNİVERSİTETİ ARASINDA ƏMƏKDAŞLIQ MEMORANDUMU İMZALANIB
30.11.17 AZƏRBAYCAN ƏLYAZMALARI DÜNYA KİTABXANALARINDA

© Copyright, 2018, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla