NİZAMİNİN DƏRİN SİRLƏRLƏ İŞARƏLƏNMİŞ “YEDDİ GÖZƏL” ƏSƏRİ HAQQINDA MARAQLI SÖHBƏT APARILIB » Əlyazmalar İnstitutu



NİZAMİNİN DƏRİN SİRLƏRLƏ İŞARƏLƏNMİŞ “YEDDİ GÖZƏL” ƏSƏRİ HAQQINDA MARAQLI SÖHBƏT APARILIB

08.04.21. Oxunma sayı: 103 MEDİA / PUBLİSİSTİKA
Azərbaycan radiosunun “Şərq müdrikliyi”verilişində Nizami Gəncəvinin dərin sirlərlə işarələnmiş “Yeddi gözəl” əsəri haqqında söhbət aparılıb.
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfov dövrünün bütün elmlərinə vaqif olan dahi şairin “Xəmsə”sinə daxil olan poemalarda yeddi rəqəminin rəmzi mənalarına aydınlıq gətirib. Nizaminin rənglərlə də bağlı fərqli baxışlarının olduğunu, şairin bü dünyada hər şeyin göründüyü kimi olmadığını aşılamaq üçün qara rəngə fərqli çalardan yanaşaraq görünüşün deyil, daxili aləmin zənginliyinin fərqinə varmağın zəruriliyini ifadə etdiyini qeyd edib.
Əsərdən nümunələr gətirərək poemadakı bəzi adların da mənası ilə qəhrəmanların əməllərinin üst-üstə düşmədiyini vurğulayan Əzizağa Nəcəfov bu mənada Nizaminin bəzi varlıqların çox zaman zahiri görünüşünün aldadıcı olduğuna işarət edildiyini qeyd edib. Şairin fikrincə, yalnız ədalət pərisinin, yəni bəsirət gözünün ağ ilə qaranı bir-birindən ayıra bildiyini vurğulyan alim, həmçinin dahi filosofun yaradıcılığında multikultural dəyərlərin təbliği və digər məsələlərə də toxunub.
Həmin maraqlı söhbəti buradan izləmək mümkündür.
OXŞAR XƏBƏRLƏR:

05.03.21 KİTAB ABİDƏLƏRİMİZ ELEKTRONLAŞDIRILIR
24.09.20 ƏLYAZMALAR İNSTİTUTUN YUBİLEYİNƏ HƏSR OLUNMUŞ MƏQALƏ İŞIQ ÜZÜ GÖRÜB
24.07.20 KLASSİK ƏDƏBİYYATŞÜNASLIĞIMIZIN KORİFEYİ - TEYMUR KƏRİMLİNİN YAZISI
22.11.19 AKADEMİK TEYMUR KƏRİMLİ LENT.AZ SAYTINA MÜSAHİBƏ VERİB
06.03.19 AKADEMİK T.KƏRİMLİ NƏSİMİ HUMANİZMİ HAQQINDA

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla