AZƏRBAYCAN ELMİNƏ AĞIR İTKİ ÜZ VERMİŞDİR » Əlyazmalar İnstitutu



AZƏRBAYCAN ELMİNƏ AĞIR İTKİ ÜZ VERMİŞDİR

08.04.21. Oxunma sayı: 218 NEKROLOQ
Tanınmış tibb tarixçisi, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun şöbə müdiri, tarix üzrə elmlər doktoru, professor Fərid Ələkbərli ömrünün 57-ci ilində vəfat etmişdir.

Ələkbərli Fərid Urxan oğlu 1964-cü il yanvarın 3-də Gəncə şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1981-ci ildə Bakı şəhər 134 №-li orta ümumtəhsil məktəbini bitirmişdir. 1980-ci ildə Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsinə daxil olmuş, 1986-ci ildə oranı bitirərək AMЕA Əlyazmalar İnstitutuna təyinat almışdır.

1992-ci ildə "Orta əsr (XII-XVIII əsrlər) və müasir Azərbaycan dərman bitkilərinin müqayisəli təhlili" mövzusunda namizədlik dissertasiyası müdafiə еtmiş və biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.

1998-ci ildə "Orta əsr (X-XVIII əsrlər) ərəb yazılı mənbələr Azərbaycanda sağlamlığın qorunması haqqında" mövzusunda dissеrtasiya müdafiə еdərək tarix üzrə elmlər doktoru elmi adı almışdır.

2011-2013-cü illərdə Vatikana baş tutmuş səfərləri müddətində Vatikan Arxivlərində Azərbaycan tarixinə aid çoxsaylı sənədlər aşkar etmiş və onların surətlərini Bakıya gətirmişdir. Alim Vatikan Apostol Kitabxanasında və Vatikan Məxfi Arxivlərində uzunmüddətli araşdırmalar aparmış ilk Azərbaycanlıdır. Fərid Ələkbərli sanballı elmi fəaliyyəti ilə təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarda da tanınmışdır.

Əlyazmalar İnstitutunun kollektivi bu ağır itkidən çox kədərlənir və alimin yaxınlarına dərin hüznlə başsağlığı verir.

Xeyirxah və alicənab insan, istedadlı alim, ləyaqətli şəxsiyyət Fərid Ələkbərlinin parlaq xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!
OXŞAR XƏBƏRLƏR:

23.07.20 ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞI DÜNYASINI DƏYİŞİB

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla