NİZAMİ GƏNCƏVİNİN "XƏMSƏ"SİNİN XV ƏSRİN ORTALARINDA KÖÇÜRÜLMÜŞ ƏLYAZMASININ SURƏTİ ƏLDƏ EDİLİB » Əlyazmalar İnstitutu



NİZAMİ GƏNCƏVİNİN "XƏMSƏ"SİNİN XV ƏSRİN ORTALARINDA KÖÇÜRÜLMÜŞ ƏLYAZMASININ SURƏTİ ƏLDƏ EDİLİB

08.04.21. Oxunma sayı: 101 YENİ DAXİLOLMALAR
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu tərəfindən Paris Milli Kitabxanasından Nizami Gəncəvinin dünya ədəbiyyatına tamamilə yeni bir poetik səs, nəfəs gətirmiş "Xəmsə"sinin XV əsrin ortalarında köçürülmüş əlyazmasının surəti əldə edilib.
Bu haqda məlumat verən institutun direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov bildirib ki, sözügedən kitabxanada 1112-ci nömrə altında saxlanılan həmin əlyazma 303 vərəqdən ibarətdir. Dörd sütunda yazılan dəyərli sənət incisinin əlyazma surəti gözəl nəstəliq xətti ilə köçürülüb. Onu da əlavə edək ki, əldə olunan əsərin təkcə ilk və son səhifələri yoxdur.
OXŞAR XƏBƏRLƏR:

25.11.19 NƏSİMİ ARDICILI SÜRURİNİN DİVANININ AVTOQRAF NÜSXƏSİ AŞKAR EDİLİB
28.10.19 PROFESSOR PAŞA KƏRİMOV PARİS MİLLİ KİTABXANASINDAN NAMƏLUM ŞAİRİMİZ, NƏSİMİ ARDICILI ZÖVQİNİN DİVANININ SURƏTİNİ ƏLDƏ EDİB
21.01.19 NƏSİMİNİN “HÜSEYNİ” TƏXƏLLÜSÜ İLƏ YAZDIĞI ŞEİRLƏRİ AŞKAR EDİLİB
29.11.18 ƏLYAZMALAR İNSTİTUTU YENİ ƏLYAZMA ƏLDƏ EDİB
06.09.18 NƏSİMİNİN TÜRK DİVANININ ƏLYAZMA NÜSXƏSİNİN SURƏTİ BAKIYA GƏTİRİLİB

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla