"MOLLA NƏSRƏDDİN" JURNALININ İLK VƏ TAM ELEKTRON ARXİVİ YARADILMIŞDIR » Əlyazmalar İnstitutu



"MOLLA NƏSRƏDDİN" JURNALININ İLK VƏ TAM ELEKTRON ARXİVİ YARADILMIŞDIR

07.04.21. Oxunma sayı: 483 MÜHÜM XƏBƏRLƏR
2021-ci il aprelin 7-də illüstrasiyalı ilk Azərbaycan satirik jurnalı “Molla Nəsrəddin”nin nəşrindən 115 il ötür. Bu yubileyə hazırlıq məqsədilə hələ ötən ildən Əlyazmalar İnstitutunda akademik Teymur Kərimlinin rəhbərliyi altında ilk dəfə “Molla Nəsrəddin” jurnalının tam elektron arxivinin yaradılması işinə başlanılmış və bu günlərdə proses uğurla başa çatdırılmışdır. Hazırda “Molla Nəsrəddin”in ilk tammətnli elektron bazasında jurnalın 25 il müddətində buraxılmış bütün saylarının (748 nömrə), o cümlədən, Tiflisdə çap olunmuş 340, Təbrizdə işıq üzü görmüş 8 və Bakıda nəşr edilmiş 400 nömrəsinin rəqəmsal surəti mövcuddur. Başqa sözlə, ümumilikdə 5968 səhifə elektronlaşdırılaraq veb-kataloq (beta versiya) şəklində İnstitutun İnternet səhifəsinə yerləşdirilmişdir.
Rəqəmsallaşdırmaq məqsədi ilə jurnalın nüsxələrinin komplektləşdirilməsi zamanı Əlyazmalar İnstitutunun fondu ilə yanaşı, Milli Arxiv İdarəsi və M.F.Axundov adına Milli Kitabxananın da fonduna müraciət edilmiş, lazımi materiallar müəyyənləşdirilmiş, toplanılmış, sistemləşdirilmiş və qədim yazılı abidələr üçün nəzərdə tutulan xüsusi planetar skanerlərdə rəqəmsallaşdırılaraq elektron emala təqdim olunmuşdur.
Onu da əlavə edək ki, jurnalın 13 müxtəlif ildə nəşr olunmuş 184 nömrəsi AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun fondundan, çatışmayan qalan sayları isə adıçəkilən arxiv və kitabxanadan əldə edilərək rəqəmsal formata keçirilmişdir.
Yaxın günlərdə jurnalın elektron arxivinin İnstitutun saytında yerləşdirilmiş veb versiyası oxuculara təqdim olunacaqdır.








OXŞAR XƏBƏRLƏR:

29.05.20 “ƏLYAZMALAR YANMIR” JURNALI BEYNƏLXALQ İNDEKSLƏŞDİRMƏ BAZASINA DAXİL EDİLİB
27.03.20 27 MART - AZƏRBAYCANDA ELM GÜNÜDÜR
24.12.19 İLHAM ƏLİYEV GERÇƏKLİYİ
31.05.18 MƏHƏMMƏD FÜZULİ “DİVAN”ININ “DÜNYA YADDAŞI” BEYNƏLXALQ REYESTRINƏ DAXİL EDİLMƏSİNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLİB
06.02.18 ƏLYAZMALAR İNSTİTUTU BEYNƏLXALQ ƏLYAZMALAR CƏMİYYƏTINƏ ÜZV SEÇİLMİŞDİR

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla