ƏFŞARLAR TARİXİNİN AZ TƏDQİQ OLUNMUŞ DÖVRÜ HAQQINDA KİTAB ÇIXDI » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



ƏFŞARLAR TARİXİNİN AZ TƏDQİQ OLUNMUŞ DÖVRÜ HAQQINDA KİTAB ÇIXDI

11.06.18. Oxunma sayı: 288 NƏŞRLƏR

“Elm və təhsil” nəşriyyatı AMEA-nın A.Bakıxanov adına Tarix İnstitunun dosenti, t.ü.f.d. Nigar Gözəlova və Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun  dosenti, fil.ü.f.d. Əkrəm Bağırovun “XVIII əsrin 30-40-cı illərində Nadir şah Əfşarın Bağdad yürüqşləri” adlı kitabını nəşr etmişdir.  Oxuculara təqdim olunan bu kitab Əfşarlar dövlətinin tarixində az tədqiq edilmiş dövrlərdən biri – Nadir şahın Bağdad yürüşlərinin aradırılmasına həsr edilmişdir. XVIII əsrin birinci yarısında Şərq ölkələrinin dövlətlərarası münasibətlər müstəvisində Əfşar-Osmanlı münasibətləri xüsusi diqqət cəlb edir. Nadir şahın türk dövlətləri ilə yeni diplomatiyası və dini reforma cəhdləri ikitərəfli münasibətlərin dostluq müstəvisinə keçməsi ilə nəticələnməsə də, iki dövlətin yaxınlaşması yolunda ilk və mühüm addım kimi dəyərləndirilə bilər. Nadir şahın yeni tapılmış ərəb dilli fərmanlarının Azərbaycan və rus dillərində olan tərcümələri ilə bərabər tədqiqata əlavə edilməsi dövrün daha dəqiq işıqlandırılmasına xidmət edir.
Kitabın elmi redaktoru və ön sözün müəllifi, akademik Teymur Kərimlidir. Əsərə fil.ü.e.d., professor K.Şərifov və t.ü.f.d. A.Hacıqədirli rəy yazmışlar.   скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

18.05.18 MAHMUD KAŞQARİ ADINA MÜKAFAT TƏQDİM OLUNDU
11.05.18 ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞININ YENİ MONOQRAFİYASI İŞIQ ÜZÜ GÖRÜB
14.03.18 KİTABXANA ETİKASI HAQQINDA KİTAB
09.12.17 AMEA-NIN MƏHƏMMƏD FÜZULİ ADINA ƏLYAZMALAR İNSTİTUTU İLƏ DAŞKƏND DÖVLƏT ÖZBƏK DİLİ VƏ ƏDƏBİYYATI UNİVERSİTETİ ARASINDA ƏMƏKDAŞLIQ MEMORANDUMU İMZALANIB

© Copyright 2008-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla