“ELMİ ƏSƏRLƏR” JURNALININ NÖVBƏTİ SAYI ÇAP OLUNUB » Əlyazmalar İnstitutu



“ELMİ ƏSƏRLƏR” JURNALININ NÖVBƏTİ SAYI ÇAP OLUNUB

01.03.21. Oxunma sayı: 119 NƏŞRLƏR
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının qərarına əsasən çap olunan “Elmi əsərlər” jurnalının növbəti sayı işıq üzü görüb.
Filologiya üzrə elmlər doktoru Aybəniz Əliyeva-Kəngərlinin baş redaktorluğu ilə nəşr olunanjurnalın bu sayındamətnşünaslıq, mənbəşünaslıq sahəsində “Qazi Bürhanəddin şeirlərinin mövzu dairəsi və bədii ifadə vasitələri”, “Nəriman Nərimanov Məmməd Səid Ordubadinin xatirələrində”, “Yeni tip salnamələrin yaradıcısı”, “Əlyazma mətnlərdə naxçıvanlı müəlliflərin həyat və yaradıcılığına dair bir baxış” adlı məqalələr yer alıb.
Jurnalda görkəmli ədəbiyyatşünas Əbdürrəhim bəy Haqverdiyevlə bağlı maraqlı yazılar da əks olunub. Onlardan “Əbdürrəhim bəy Haqverdiyevə ünvanlanmış məktublar”, “Əbdürrəhim bəy Haqverdiyevin “Xortdanın cəhənnəm məktubları” povestindəki əsas surətlərin səciyyəsi” başlıqlı məqalələrdə diqqətçəkən məqamlarla tanış olmaq olar.
“Əbdürrəhman Dainin kitabları”, “Azərbaycanın mədəni-mənəvi tarixindən”, “XX əsrin əvvəllərində Azərbaycanda dərsliklərin yaranmasında görkəmli pedaqoqların rolu”, “Bir daha Seyid Cəmaləddin haqqında”, “Çar Rusiyasının Cənubi Qafqaz siyasəti və ermənilərin Qarabağa köçürülməsi məsələləri Azərbaycanın Qarabağ regionu tarixinin tarixşünaslığında” sərlövhəli yazılarda isə əhəmiyyətli tarixi faktlar nəzərə çatdırılır.
Jurnalın bu sayında kitabxanaşünaslıq, kitabşünaslıq, biblioqrafiyaşünaslıq sahəsinə dair “Ukraynanın milli kitabxanalarının layihə fəaliyyəti rəqəmsallaşma çağında”, “AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda kitabxana-informasiya menecmentinin əsas xüsusiyyətləri (elmi-nəzəri təhlil)”, “Azərbaycan Respublikasının Konstitusiyası kitabxana işi sahəsində dövlət siyasətinin əsas mənbəyidir” adlı məqalələr, həmçinin institutun elmi fəaliyyəti və yeni nəşrləri haqqında referativ məlumatlar da yer alıb.
Jurnalın elektron variantı ilə oxucu və tədqiqatçılar buradan tanış ola bilərlər.
OXŞAR XƏBƏRLƏR:

23.02.21 “ƏLYAZMALAR YANMIR” BEYNƏLXALQ ELMİ JURNALININ NÖVBƏTİ SAYI İŞIQ ÜZÜ GÖRÜB
12.10.20 “ƏLYAZMALAR YANMIR” VƏ “ELMİ ƏSƏRLƏR” JURNALLARININ 2020-Cİ İLDƏ İLK NÖMRƏLƏRİ NƏŞR OLUNUB
06.03.20 MƏMMƏD SƏİD ORDUBADİNİN AZƏRBAYCAN TARİXİ HAQQINDA YAZDIĞI MƏQALƏLƏR NƏŞR OLUNUB
01.05.18 MƏMMƏD ƏMİN RƏSULZADƏNİN MƏKTUBLARI İLK DƏFƏ İŞIQ ÜZÜ GÖRÜB
14.03.18 KİTABXANA ETİKASI HAQQINDA KİTAB

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla