UNESKO-NUN DÜNYA YADDAŞI PROQRAMI ÜZRƏ AZƏRBAYCAN MİLLİ KOMİTƏSİNİN FƏALİYYƏTİ İLƏ BAĞLI HESABAT TƏQDİM EDİLİB » Əlyazmalar İnstitutu



UNESKO-NUN DÜNYA YADDAŞI PROQRAMI ÜZRƏ AZƏRBAYCAN MİLLİ KOMİTƏSİNİN FƏALİYYƏTİ İLƏ BAĞLI HESABAT TƏQDİM EDİLİB

27.02.21. Oxunma sayı: 116 TƏDBİRLƏR / NİZAMİ-880
AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin onlayn Ümumi yığıncağı keçirilib. Tədbirdə “Nizami Gəncəvi İli” ilə əlaqədar AMEA-nın Tədbirlər planının, həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə dair elmi tədqiqatlarla bağlı  Bölmənin Fəaliyyət proqramı və Tədbirlər planının icrasına dair, eləcə də qarşıda duran vəzifələr müzakirə olunub.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin sədrliyi ilə keçirilən Ümumi yığıncaqda yüksəkixtisaslı elmi kadrların hazırlanması, ali təhsil müəssisələri ilə əlaqələri genişləndirmək məqsədilə baza kafedralarının, beynəlxalq elmi əməkdaşlığı gücləndirmək üçün isə virtual laboratoriyaların yaradılması tövsiyə edilib.
Tədbirdə UNESKO-nun (Birləşmiş Millətlər Təşkilatının Elm Təhsil Mədəniyyət üzrə ixtisaslaşmış qurumu) Dünya Yaddaşı Proqramı üzrə Azərbaycan Milli Komitəsinin fəaliyyəti diqqətə çatdırılıb. Komitənin sədri, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli hesabat məruzəsində ölkəmizə dair mühüm əlyazmaların və müxtəlif bəşəri əhəmiyyətə malik sənədli irsimizin beynəlxalq səviyyədə gələcək nəsillərə çatdırılmasını təmin etmək məqsədilə görülən işləri nəzərə çatdırıb. Alim müvafiq qurumlarla bağlanan əməkdaşlıq əlaqələri çərçivəsində xarici ölkələrin muzey, arxiv və fondlarında saxlanılan tarixi, mədəni irsimizi əks etdirən nümunələrin ölkəmizə qaytarılması, həmçinin beynəlxalq qeydiyyat siyahısına daxil edilməsi istiqamətində həyata keçirilən əməli tədbirlər haqqında ətraflı məlumat verib.
İclasda bir sıra kadr və cari məsələlərə də baxılıb. Müvafiq bölmələrin elmi-tədqiqat müəssisələrində cari il üzrə fəlsəfə və elmlər doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya qəbul planı müzakirə edilib, yeni nəşrlər və digər məsələlərlə bağlı qərarlar qəbul olunub.
OXŞAR XƏBƏRLƏR:

30.12.20 AMEA İCTİMAİ ELMLƏR BÖLMƏSİNİN HESABATI DİNLƏNİLİB
27.12.20 AMEA HUMANİTAR ELMLƏR BÖLMƏSİNİN ONLAYN HESABAT İCLASI KEÇİRİLİB
02.12.20 AMEA MƏHƏMMƏD FÜZULİ ADINA ƏLYAZMALAR İNSTİTUTUNUN 70 İLLİK YUBİLEYİ MÜNASİBƏTİLƏ ELMİ-NƏZƏRİ KONFRANS KEÇİRİLİB
17.02.20 AMEA RƏYASƏT HEYƏTİNİN İCLASINDA BİR SIRA MÜHÜM MƏSƏLƏLƏR MÜZAKİRƏ OLUNUB
23.01.20 AMEA RƏYASƏT HEYƏTİNİN İCLASI KEÇİRİLİB

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla