ƏLYAZMALAR İNSTİTUTUNDA QƏDİM ƏLYAZMALARIN ELEKTRONLAŞDIRILMASI İŞİ DAVAM ETDİRİLİR » Əlyazmalar İnstitutu



ƏLYAZMALAR İNSTİTUTUNDA QƏDİM ƏLYAZMALARIN ELEKTRONLAŞDIRILMASI İŞİ DAVAM ETDİRİLİR

20.02.21. Oxunma sayı: 143 NAİLİYYƏTLƏR
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda mühafizə olunan qədim əlyazmaların 2014-cü ildən başlayan rəqəmsal formata keçirilməsi işi uğurla davam etdirilir. Əlyazmalar İnstitutunun fondlarında mühafizə olunan 12000-dən çox ərəbdilli, farsdilli və türkdilli əlyazmaların böyük bir qismi artıq elektronlaşdırılıb. Hazırda 5000-dən çox əlyazma xüsusi skanerlər vasitəsilə elektronlaşdırılaraq İnstitutun elektron kitabxanasının bazasında daxil edilib. Nizami Gəncəvi, Əlişir Nəvai, Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Nəsirəddin Tusi, Əbu Əli ibn Sina kimi böyük Şərq mütəfəkkirlərinin əsərlərinin əlyazmalarının rəqəmsal variantları Elektron kitabxanaya yerləşdirilib. Ötən ildən etibarən tədqiqatçılar institutun qiraət zalındakı kompüterlər vasitəsilə lokal serverə qoşulub elektron əlyazmaların kataloqu və rəqəmsal surəti ilə tanış ola bilirlər. Yaxın gələcəkdə Əlyazmalar İnstitutunun elektron kataloqunun və elektron kitabxanasının İnternet üzərindən də oxucuların istifadəsinə verilməsi nəzərdə tutulur. İnstitutun elektron kitabxanasına daxil edilmiş əlyazmaların ilkin kataloqu ilə tanış olmaq istəyənlər aşağıdakı keçidlərdən istifadə edə bilərlər:

OXŞAR XƏBƏRLƏR:

15.12.20 ƏLYAZMALAR İNSTİTUTUNDA MÜHÜM ELMİ NƏTİCƏLƏR ƏLDƏ EDİLİB, UĞURLU LAYİHƏLƏRƏ İMZA ATILIB
01.06.20 ƏLYAZMALAR İNSTİTUTUNUN NƏŞRLƏRİNİN BEYNƏLXALQ TƏQDİMATI HƏYATA KEÇİRİLİR
13.01.20 ƏLYAZMALAR İNSTİTUTU “NƏSİMİ İLİ”NDƏ FƏAL İŞTİRAKINA GÖRƏ TƏLTİFLƏRƏ LAYİQ GÖRÜLÜB
22.11.19 DAŞKƏNDDƏ ƏLYAZMALAR İNSTİTUTUNUN ALİMİNİN NİZAMİ İLƏ BAĞLI MONOQRAFİYASININ TƏQDİMATI OLUB
11.09.19 “AZƏRBAYCAN MULTİDİSSİPLİNAR ƏLYAZMASI: XƏZİNƏDƏN İNCİLƏR” ABŞ-IN KONQRES KİTABXANASININ FONDUNA DAXİL EDİLİB

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla