ƏLYAZMALAR İNSTİTUTU VAKANT VƏZİFƏLƏRİ TUTMAQ ÜÇÜN MÜSABİQƏ ELAN EDİR » Əlyazmalar İnstitutu



ƏLYAZMALAR İNSTİTUTU VAKANT VƏZİFƏLƏRİ TUTMAQ ÜÇÜN MÜSABİQƏ ELAN EDİR

17.02.21. Oxunma sayı: 235 ELANLAR
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu aşağıdakı vakant vəzifələri tutmaq üçün müsabiqə elan edir.

Türkdilli əlyazmaların tədqiqi şöbəsi:
elmi işçi - 2 yer,

Farsdilli əlyazmaların tədqiqi şöbəsi:
böyük elmi işçi - 1 yer,

Ərəbdilli əlyazmaların tədqiqi şöbəsi:
böyük elmi işçi - 1 yer,
kiçik elmi işçi - 1 yer,

Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsi:
böyük elmi işçi - 1 yer,
elmi işçi - 1 yer,

Əlyazmaların bərpası və gigiyenası laboratoriyası:
kiçik elmi işçi - 1 yer,

Elmi fondlar şöbəsi:
elmi işçi - 1 yer,

Multidissiplinar əlyazmaların tədqiqi şöbəsi:
böyük elmi işçi - 1 yer,

Əlyazmaların elektron resurslar şöbəsi:
kiçik elmi işçi - 1 yer,

Beynəlxalq əlaqələr şöbəsi:
elmi işçi - 1 yer,

Çap kitablarının tədqiqi şöbəsi:
elmi işçi - 1 yer,

Kitabşünaslıq və biblioqrafiya şöbəsi:
kiçik elmi işçi - 1 yer.

Müsabiqədə uyğun ixtisaslar üzrə ali təhsili olan və mühüm elmi tədqiqatlar aparan, müvafiq elm sahələri üzrə elmlər doktoru alimlik dərəcəsi olan və elmi nəticələri nüfuzlu jurnallarda dərc olunan, sahə üzrə iş təcrübəsi olan ixtisaslı mütəxəssislər iştirak edə bilər. Sənədlər müsabiqənin tələblərinə uyğun olaraq, elan dərc edilən gündən etibarən 1 ay müddətində aşağıdakı ünvana təqdim edilməlidir.

Ünvan: Bakı şəhəri, İstiqlaliyyət küçəsi 26, II mərtəbə, 30-cu otaq.
Kadrlar şöbəsi.
Tel.: (+99412) 505 68 93.
OXŞAR XƏBƏRLƏR:

18.09.20 ƏLYAZMALAR İNSTİTUTU DOKTORANTURA VƏ DİSSERTANTURAYA QƏBUL ELAN EDİR
07.01.20 ƏLYAZMALAR İNSTİTUTU VAKANT VƏZİFƏLƏRİ TUTMAQ ÜÇÜN MÜSABİQƏ ELAN EDİR
19.12.19 ƏLYAZMALAR İNSTİTUTU VAKANT VƏZİFƏLƏRİ TUTMAQ ÜÇÜN MÜSABİQƏ ELAN EDİR
09.12.19 ƏLYAZMALAR İNSTİTUTU DOKTORANTURA VƏ DİSSERTANTURAYA QƏBUL ELAN EDİR
11.12.18 İNSTİTUT DOKTORANTURA VƏ DİSSERTANTURAYA QƏBUL ELAN EDİR

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla