NİZAMİ GƏNCƏVİ YARADICILIĞINDA VƏTƏN VƏ VƏTƏNPƏRVƏRLİK » Əlyazmalar İnstitutu



NİZAMİ GƏNCƏVİ YARADICILIĞINDA VƏTƏN VƏ VƏTƏNPƏRVƏRLİK

16.02.21. Oxunma sayı: 580 MEDİA / PUBLİSİSTİKA / NİZAMİ-880
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov “Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” kanalında yayımlanan “Dərs vaxtı” verilişində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin həyat və yaradıcılığından bəhs edib.
“Nizami Gəncəvi yaradıcılığında vətən və vətənpərvərlik” mövzusuna həsr olunan dərsdə alim şagirdlərə şairin dünya kitabxanaları və fondlarında saxlanılan əlyazmaları haqqında məlumat verərək bildirib ki, Nizami Azərbaycan xalqının dünya mədəniyyət xəzinəsinə bəxş etdiyi ən böyük sənətkarlardandır. Nizaminin ədəbi irsi, yaradıcılığı bütün dövrlərdə böyük diqqət və sevgi ilə öyrənilib, müxtəlifdillərə tərcümə olunaraq təbliğ olunub. Onun əsərlərinə çoxlu sayda nəzirələr yazılıb, şöhrəti bütün dünyaya yayılıb.
Paşa Kərimov, həmçinin şairin vətənpərvərliyindən, dillər əzbəri olan əsərlərində ölkəmizi sevə-sevə vəsf etməsindən söz açıb. Nizaminin etnik mənsubiyyətinin onun əsərlərindən açıq-aşkar aydın olduğunu vurğulayan alim dahi mütəfəkkirin türklüyə, türk dilinə olan rəğbətini əks etdirən nümunələri şagirdlərin nəzərinə çatdırıb.
“Dərs vaxtı” verilişinin “Nizami Gəncəvi yaradıcılığında vətən və vətənpərvərlik” mövzusuna həsr olunan bölümünü buradan izləmək mümkündür.
OXŞAR XƏBƏRLƏR:

26.01.21 AKADEMİK TEYMUR KƏRİMLİ “DƏRS VAXTI” VERİLİŞİNDƏ “NİZAMİ VƏ TARİX” MÖVZUSUNDA MARAQLI MƏQAMLARA TOXUNUB
12.10.20 NƏRİMAN NƏRİMANOV “TİBB VƏ İSLAM” ƏSƏRİ ƏLYAZMALAR XƏZİNƏSİNDƏ
24.09.20 ƏLYAZMALAR İNSTİTUTUN YUBİLEYİNƏ HƏSR OLUNMUŞ MƏQALƏ İŞIQ ÜZÜ GÖRÜB
24.07.20 KLASSİK ƏDƏBİYYATŞÜNASLIĞIMIZIN KORİFEYİ - TEYMUR KƏRİMLİNİN YAZISI
06.03.19 AKADEMİK T.KƏRİMLİ NƏSİMİ HUMANİZMİ HAQQINDA

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla