ƏLYAZMALAR İNSTİTUTUNUN ALİMİ 70 İLLİK YUBİLEYİNİ QEYD EDİR » Əlyazmalar İnstitutu



ƏLYAZMALAR İNSTİTUTUNUN ALİMİ 70 İLLİK YUBİLEYİNİ QEYD EDİR

08.02.21. Oxunma sayı: 230 YUBİLEYLƏR, ƏLAMƏTDAR TARİXLƏR
Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent, tanınmış televiziya xadimi Yusif Günaydının (Yusif Cavad oğlu Bağırlı) 70 yaşı tamam olub. Bu münasibətlə Milli Məclisin Mədəniyyət Komitəsində baş tutan görüşdə Komitə sədri Qənirə Paşayeva alimi təbrik edərək, ona səmimi arzularını çatdırıb:
"Hörmətli Yusif müəllim, Sizi, tanınmış aydınımızı, sevilən televiziya xadimini 70 illik yubileyiniz münasibəti ilə təbrik edir, möhkəm can sağlığı, yeni yaradıcılıq uğurları arzulayıram!
Siz əsasən Yusif Günaydın imzası ilə çıxış etmiş, bu imza ilə məşhurlaşmısınız. Hüseyn Cavidin "Şeyx Sənan" mənzum dramı barədə, romantik poeziya, qəhrəmanlar barədə, eləcə də, “Üzeyir Hacıbəylinin qəzetçilik fəaliyyətinə başladığı dövrdə Bakıda ictimai-siyasi durum”, “Üzeyir Hacıbəylinin tərcüməçilik fəaliyyətindən bir nümunə” və başqa əsərləriniz elmi ictimaiyyətin təqdirini qazanıb. Elmi fəaliyyətinizlə yanaşı bədi-publisistik yaradıcılığınız, özəlliklə televiziya fəaliyyətiniz sizə şöhrət qazandırıb. AzTV-də, İTV-də aparıcısı olduğunuz verilişləri, "Qərib axşamları" yaxşı xatırlayırıq.
Sizi bir daha təbrik edir, ən xoş diləklərimi yetirirəm!
Yubileyiniz mübarək!"
Komitə sədri yubilyara Təbrik Məktubu və üzərində "Şuşa Azərbaycandır!" yazılmış qol saatını təqdim edib.
Alim səmimi görüş və təbrik üçün millət vəkilinə təşəkkürünü bildirib.
OXŞAR XƏBƏRLƏR:

16.06.20 ƏLCƏZAİRİN AZƏRBAYCANDAKI FÖVQƏLADƏ VƏ SƏLAHİYYƏTLİ SƏFİRİ ƏLYAZMALAR İNSTİTUTUNDA OLUB
12.10.18 TANINMIŞ MÜTƏXƏSSİS ƏLYAZMALAR İNSTİTUTUNDA OLUB
30.06.18 ƏLİŞİR NƏVAİ ADINA DAŞKƏND DÖVLƏT ÖZBƏK DİLİ VƏ ƏDƏBİYYATI UNİVERSİTETİNİN REKTORU ƏLYAZMALAR İNSTİTUTUNDA OLUB
25.06.18 TÜRKMƏNİSTANIN AZƏRBAYCAN RESPUBLİKASINDAKI FÖVQALADƏ VƏ SƏLAHİYYƏTLİ SƏFİRİ TÜRKMƏNİSTAN ELMLƏR AKADEMİYASININ ƏMƏKDAŞLARI İLƏ BİRGƏ AMEA MƏHƏMMƏD FÜZULİ ADINA ƏLYAZMALAR İNSTİTUTUNDA QONAQ OLUB
03.02.18 BBC-nin ƏMƏKDAŞLARI ƏLYAZMALAR İNSTİTUTUNDA

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla