OXŞAR XƏBƏRLƏR:
NİZAMİ AZƏRBAYCANIN MİLLİ TƏFƏKKÜRÜNÜN PASPORTUDUR
13.01.21. Oxunma sayı: 72 MEDİA / PUBLİSİSTİKA / NİZAMİ-880
Azərbaycan mədəniyyəti, mifologiyası, folkloru, təfəkkürü, fəlsəfəsi Nizami yaradıcılığında sanki özünə qədərki mərhələni tamamlamış şəkildə ifadə olunur. Yəni Nizami bir növ, Azərbaycanın milli təfəkkürünün pasportudur.
Nizami əsərləri ilə dünyaya səs salmış sənətkardır, onun ədəbi məktəbi Hindistandan Şərqi Avropaya qədər böyük coğrafi ərazini əhatə edir. Hazırda dünyada mövcud olan kitabxanaların, ayrı-ayrı muzeylərin, şəxsi kolleksiyaların xəzinələrinə nəzər yetirdikdə orada Nizaminin əlyazmalarını görürük.
Bu fikri AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadə İctimai Televiziyanın “Sabahın xeyir, Azərbaycan”proqramında qonaq olarkən səsləndirib.
Dahi şairin əsərlərindən söz açan alim Nizami Gəncəvinin Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda qorunub saxlanılan əlyazmaları haqqında maraqlı məlumatları nəzərə çatdırıb. Cari ildə institutun direktoru, akademik Teymur Kərimlinin rəhbərliyi ilə həyata keçiriləcək layihələrdən, tədqiq olunacaq əsərlərdən söz açıb.
Həmin müsahibəni buradan izləmək mümkündür.

12.10.20
NƏRİMAN NƏRİMANOV “TİBB VƏ İSLAM” ƏSƏRİ ƏLYAZMALAR XƏZİNƏSİNDƏ
24.09.20
ƏLYAZMALAR İNSTİTUTUN YUBİLEYİNƏ HƏSR OLUNMUŞ MƏQALƏ İŞIQ ÜZÜ GÖRÜB
24.07.20
KLASSİK ƏDƏBİYYATŞÜNASLIĞIMIZIN KORİFEYİ - TEYMUR KƏRİMLİNİN YAZISI
22.11.19
AKADEMİK TEYMUR KƏRİMLİ LENT.AZ SAYTINA MÜSAHİBƏ VERİB
06.03.19
AKADEMİK T.KƏRİMLİ NƏSİMİ HUMANİZMİ HAQQINDA