CAHANŞAH HƏQİQİNİN “ŞEİRLƏR TOPLUSU – “DİVAN”ININ” ƏLYAZMA SURƏTİ ƏLDƏ EDİLİB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



CAHANŞAH HƏQİQİNİN “ŞEİRLƏR TOPLUSU – “DİVAN”ININ” ƏLYAZMA SURƏTİ ƏLDƏ EDİLİB

12.01.21. Oxunma sayı: 64 YENİ DAXİLOLMALAR
Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov İstanbulun Süleymaniyyə kitabxanasının Fatih qismindən XV əsrdə yaşamış Azərbaycan şairi, Qaraqoyunlu dövlətinin  hökmdarı Cahanşah Həqiqinin (1405-1467) “Şeirlər toplusu – “Divan”ının”əlyazma surətini əldə edib.
Qeyd edək ki, doğma Azərbaycan türkcəsində gözəl şeirlər qələmə alan Cahanşah o dövrün ən savadlı və maarifpərvər hökmdarlarından sayılaraq ədəbiyyat tariximizdə "Həqiqi" təxəllüsü ilə tanınıb. Yüksək təhsil görmüş və Şərq ədəbiyyatına dərindən bələd olan Həqiqi Azərbaycan türkcəsi və fars dilindəqəzəlməsnəvi və rübailərin müəllifidir. Özünü Nəsimi məktəbinin davamçısı hesab edən Qaraqoyunlu hökmdarı həm də hürufi fəlsəfəsinin tanınmış nümayəndəsi olub. Dahi fars şairi Əbdürrəhman Cami onun "Divan"ının bədii və mənəvi keyfiyyətlərini yüksək qiymətləndirərək öz şeirlərinin birində onu "Xəzinə" adlandırıb. 
Alimimiz tərəfindən əldə olunan 107 vərəqdən ibarət sözügedən nüsxədə farsca 31 məsnəvi, 1 müstəzad, 112 qəzəl, Azərbaycan türkcəsində 94 qəzəl və 29 tuyuq yer alır. Həqiqi divanının məlum olan digər 3 nüsxəsi Londonun Britaniya Muzeyi kitabxanasında, İrəvanın Mətndaran Əlyazmalar İnstitutunda, Ankara Universitetinin Dil, Tarix və Coğrafiya fakültəsi kitabxanasında saxlanılmaqdadır.
İstanbulun Süleymaniyyə kitabxanasından yeni əldə edilən əlyazma surəti Cahanşah Həqiqinin ən çoxsaylı şeirlərini əhatə edən nüsxədir. Müəllifin dünyagörüşü barədə dəyərli məlumatların əks olunduğu bu məsnəvilərə digər nüsxələrin heç birində rast gəlinmir.

OXŞAR XƏBƏRLƏR:

13.07.20 ƏLYAZMALAR İNSTİTUTU BƏSİRİ DİVANININ ƏLYAZMA NÜSXƏLƏRİNİN SURƏTLƏRİNİ ƏLDƏ EDİB
21.01.19 NƏSİMİNİN “HÜSEYNİ” TƏXƏLLÜSÜ İLƏ YAZDIĞI ŞEİRLƏRİ AŞKAR EDİLİB
21.09.18 XVIII ƏSR AZƏRBAYCAN ŞAİRİNİN ANA DİLİMİZDƏ ŞEİRLƏRİ AŞKARLANIB
05.09.18 NƏŞƏ TƏBRİZİNİN DİVANI ƏLDƏ EDİLMİŞDİR
12.07.18 DAĞISTAN VƏ ŞİRVAN TARİXİNƏ DAİR AZƏRBAYCAN DİLİNDƏ ƏLYAZMA

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla