“ƏSAS MƏSƏLƏ” VERİLİŞİNDƏ ŞUŞANIN AZƏRBAYCAN MƏDƏNİYYƏTİNİN PAYTAXTI ELAN EDİLMƏSİ İLƏ BAĞLI MARAQLI FİKİRLƏR SƏSLƏNDİRİLİB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



“ƏSAS MƏSƏLƏ” VERİLİŞİNDƏ ŞUŞANIN AZƏRBAYCAN MƏDƏNİYYƏTİNİN PAYTAXTI ELAN EDİLMƏSİ İLƏ BAĞLI MARAQLI FİKİRLƏR SƏSLƏNDİRİLİB

11.01.21. Oxunma sayı: 41 MEDİA / PUBLİSİSTİKA
Ötən il noyabrın 8-də Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz Azərbaycanın tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağın baş tacı olan Şuşanı işğaldan azad etdi. Bu hadisə və Azərbaycanın hərbi-diplomatik uğurları müharibənin sonrakı gedişatına həlledici təsir göstərdi və 44 gün ərzində aparılan uğurlu əks-hücum əməliyyatları şanlı qələbəmizlə nəticələndi. Əcdadlarımızdan bizə miras qalmış əziz, müqəddəs və qədim şəhərimizin işğaldan azad edildiyi 8 Noyabr - Zəfər Günü kimi ölkəmizin tarixinə qızıl hərflərlə yazıldı.
Bu günlərdə isə dövlət başçımız Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan etdi. Həmin çıxışında Prezident vurğuladı ki, Şuşa şəhəri nəinki Azərbaycanın, bölgənin mədəni paytaxtı sayıla bilər. Azərbaycan Televiziyasının (AzTV) “Əsas məsələ” verilişində AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, Beynəlxalq Muğam Mərkəzinin direktoru Murad Hüseynov, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini Azad Cəfərli sözügedən məsələlər ətrafında maraqlı fikirlər səsləndiriblər. Həmin verilişin tam versiyasını buradan izləyə bilərsiniz.
OXŞAR XƏBƏRLƏR:

29.10.20 ZƏNGİLANIN QƏHRƏMAN, İGİD ÖVLADLARINI TANIYAQ
07.10.20 ƏDALƏTƏ ÇAĞIRIŞ, YAXUD DÜNYA ELM ADAMLARINA MÜRACİƏT
24.09.20 ƏLYAZMALAR İNSTİTUTUN YUBİLEYİNƏ HƏSR OLUNMUŞ MƏQALƏ İŞIQ ÜZÜ GÖRÜB
24.07.20 KLASSİK ƏDƏBİYYATŞÜNASLIĞIMIZIN KORİFEYİ - TEYMUR KƏRİMLİNİN YAZISI
06.03.19 AKADEMİK T.KƏRİMLİ NƏSİMİ HUMANİZMİ HAQQINDA

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla